ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ !

Author Image
HAQQIMIZDA

TƏSİSÇİ ' İCRACI DİREKTOR İLHAM RƏSULZADƏ

Jurnalist

BAKMİL TV HAQQINDA ƏTRAFLI MƏLUMAT

BAKMİLTV.İNFO 15.05.2015 ci ildə Azərbaycanda demokratik islahatların güclənməsini, söz və mətbuat azadlığının, insan haqlarının qorunmasını, ictimaiyyəti narahat edən problemlərin araşdırılıb üzə çıxarılmasını, onları ictimaiyyətə çatdırmaq ücün tribunanı təmin etmək məqsədi ilə müstəqil onlayn xəbər mənbəyi kimi yaradılıb. BAKMİLTV.İNFO – nun hər hansı siyasi təşkilatla bağlılığı yoxdur. BAKMİLTV.İNFO demokratik cəmiyyət üçün lazım olan azadlıqları şəffaflıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarət alətidir. BAKMİLTV.İNFO - nun əsas məqsədi Azərbaycan vətandaşlarının və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çıxışını artırmaq və yerli auditoriyanın təbliğidir. BAKMİLTV.İNFO şəhidləri təbliq etmək və şəhidlərin haqlarında filimlərin eləcə də verilişlərin çəkilməsini qarşına məqsəd qoymuşdur. …

XƏBƏRLƏR

DƏQİQ, VİCDANLI, QƏRƏZSİZ XƏBƏRİN TƏK ÜNVANI !
Keçmişin səhifələrinə nəzər salanda, ya xoş, ya da kədərli anlar canlanır gözümüzdə. Hansı emosiyanı doğurmasından asılı olmayaraq duyğularımıza təsir edən hər bir hadisənin özünəxas tarixi olur.      AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixində baş vermiş əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.     20 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.     20 fevral Sosial Ədalət Günüdür:    Bütün rüşvətxor məmurların fəaliyyəti araşdırılacaq"     2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur.  Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.     20 fevral Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günüdür:      Dünyanın ən çox ölümə səbəb təyyarə qəzası yaşamış 10 ölkəsi (SİYAHI)     ICAO-nun bu addımı aviasiya qəzalarında həlak olanların xatirəsinə ehtiram, onların ailə üzvlərinin psixi, fiziki və mənəvi sağlamlığını diqqət mərkəzində saxlamaq məqsədi daşıyır.     Azərbaycanın da üzvü olduğu beynəlxalq təşkilat son bir neçə il ərzində bu ailələrə yardımın adekvat şəkildə həll olunmasını təmin etmək üçün çoxsaylı təşəbbüslər irəli sürüb. Təşkilat hər il üzv ölkələrə təyyarə qəzası qurbanları və ailələrinin ehtiyaclarını ödəmək üçün yardımla bağlı müvafiq qanunvericilik aktları və planlar hazırlamağa kömək edəcək beynəlxalq tədbirlər təşkil edir.     20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür:      Fikrət Əmirov - 100 il - GlobalInfo.az     F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir.  Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib.         20 fevral 1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlayıb:     20 fevral, 1988 – Qarabağ ermənilərini fəlakətə aparan gün     Keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan  1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı.  Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi.

BİZİMLƏ ƏLAQƏ

ŞİKAYƏT VƏ TƏKLİFLƏRİNİZİ BİZƏ YAZIN

ADINIZ*

MESAJINIZ*

  • TELEFON( 050 ) 616 36 29 .. ( 070 ) 616 36 29
  • ÜNVANNƏSİMİ RAYONU, RƏSUL RZA. 96
  • GMAİLbakifilmmediagrup@gmail.com

Pages