ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ !

Author Image
HAQQIMIZDA

TƏSİSÇİ ' İCRACI DİREKTOR İLHAM RƏSULZADƏ

Jurnalist

BAKMİL TV HAQQINDA ƏTRAFLI MƏLUMAT

BAKMİLTV.İNFO 15.05.2015 ci ildə Azərbaycanda demokratik islahatların güclənməsini, söz və mətbuat azadlığının, insan haqlarının qorunmasını, ictimaiyyəti narahat edən problemlərin araşdırılıb üzə çıxarılmasını, onları ictimaiyyətə çatdırmaq ücün tribunanı təmin etmək məqsədi ilə müstəqil onlayn xəbər mənbəyi kimi yaradılıb. BAKMİLTV.İNFO – nun hər hansı siyasi təşkilatla bağlılığı yoxdur. BAKMİLTV.İNFO demokratik cəmiyyət üçün lazım olan azadlıqları şəffaflıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarət alətidir. BAKMİLTV.İNFO - nun əsas məqsədi Azərbaycan vətandaşlarının və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çıxışını artırmaq və yerli auditoriyanın təbliğidir. BAKMİLTV.İNFO şəhidləri təbliq etmək və şəhidlərin haqlarında filimlərin eləcə də verilişlərin çəkilməsini qarşına məqsəd qoymuşdur. …

XƏBƏRLƏR

DƏQİQ, VİCDANLI, QƏRƏZSİZ XƏBƏRİN TƏK ÜNVANI !
Eldar Əsgər oğlu Ağayev 1955-ci il sentyabr ayının 29-da Tbilisi şəhərində hərbçi ailəsində anadan olub. Sonralar ailəsi ilə Bakıya köçüb, 1962-ci ildə 20 nömrəli orta məktəbə gedib, sonra təhsilini 134 nömrəli məktəbdə davam etdirib. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub, 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayıb. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri olub. 1984-1986-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Bacarıqlı komandir olduğunu görən rəhbərlik onu əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edib.  Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdıb və 1992-ci ildə Milli Ordunun tərkibində “N” saylı alayını yaradıb. Daha sonra ikinci taboru yaradıb və ona komandirlik edib. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılıb və onlarla erməni quldurunu məhv edib. Eldarın yaratdığı tabor 1995-ci ildə Bakıda dövlət çevrilişinin qarşısının alınmasında da iştirak edib.  Bu taborun 18 əsgər və zabiti “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.  1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstitutunda hərbi kafedranın rəisi olub. 2000-2001-ci illərdə isə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışıb.  Sovetlər birliyi zamanı “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə, Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.  Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Eldar Əsgər oğlu Ağayev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.  Eldar Əsgər oğlu Ağayev 2013-cü il may ayının 17-də vəfat edib.

BİZİMLƏ ƏLAQƏ

ŞİKAYƏT VƏ TƏKLİFLƏRİNİZİ BİZƏ YAZIN

ADINIZ*

MESAJINIZ*

  • TELEFON( 050 ) 616 36 29 .. ( 070 ) 616 36 29
  • ÜNVANNƏSİMİ RAYONU, RƏSUL RZA. 96
  • GMAİLbakifilmmediagrup@gmail.com

Pages