ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ !

Author Image
HAQQIMIZDA

TƏSİSÇİ ' İCRACI DİREKTOR İLHAM RƏSULZADƏ

Jurnalist

BAKMİL TV HAQQINDA ƏTRAFLI MƏLUMAT

BAKMİLTV.İNFO 15.05.2015 ci ildə Azərbaycanda demokratik islahatların güclənməsini, söz və mətbuat azadlığının, insan haqlarının qorunmasını, ictimaiyyəti narahat edən problemlərin araşdırılıb üzə çıxarılmasını, onları ictimaiyyətə çatdırmaq ücün tribunanı təmin etmək məqsədi ilə müstəqil onlayn xəbər mənbəyi kimi yaradılıb. BAKMİLTV.İNFO – nun hər hansı siyasi təşkilatla bağlılığı yoxdur. BAKMİLTV.İNFO demokratik cəmiyyət üçün lazım olan azadlıqları şəffaflıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarət alətidir. BAKMİLTV.İNFO - nun əsas məqsədi Azərbaycan vətandaşlarının və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çıxışını artırmaq və yerli auditoriyanın təbliğidir. BAKMİLTV.İNFO şəhidləri təbliq etmək və şəhidlərin haqlarında filimlərin eləcə də verilişlərin çəkilməsini qarşına məqsəd qoymuşdur. …

XƏBƏRLƏR

DƏQİQ, VİCDANLI, QƏRƏZSİZ XƏBƏRİN TƏK ÜNVANI !
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.  Oxu.Az xəbər verir ki, “Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə keçirildiyi xatırladılır.  Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb: “Bütün türk dünyasında bu mərasim qeyd olunur. Xıdır Nəbi “suyun, külək və havanın” himayəçisi” kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir”.  Qeyd olunur ki, inanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. “Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir.  Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.  Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.  Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

BİZİMLƏ ƏLAQƏ

ŞİKAYƏT VƏ TƏKLİFLƏRİNİZİ BİZƏ YAZIN

ADINIZ*

MESAJINIZ*

  • TELEFON( 050 ) 616 36 29 .. ( 070 ) 616 36 29
  • ÜNVANNƏSİMİ RAYONU, RƏSUL RZA. 96
  • GMAİLbakifilmmediagrup@gmail.com

Pages