Prezident İlham Əliyev ötən il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentinə təqdim etmək tapşırılmışdı. Bu müddət mart ayınıən 23-də başa çatıb.
“Bakmiltv.info”-nın əldə etdiyi məlumata görə, Sərəncamda göstərilən müddətdə Nazirlər Kabineti təklifləri hazırlayaraq ölkə başçısına göndərib. Beləliklə, yaxın zamanlarda Azərbaycanda aşağıdakı müavinətlərin və təqaüdlərin artırlacağı gözlənilir.
Dövlət qulluqçularına ömürlük müavinət
İnzibati və yardımçı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il dövlət qulluğu stajı olmayan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda, onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir.
Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15 faizini təşkil edir. Müavinət ömürlük təyin olunur,
Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 270 manat;
Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 220 manat;
Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 150 manat verilir.
Ailə başçısını itirməyə görə müavinət
Bu müavinət ailə başçısının itirilməsinə görə ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Müavinətin məbləği 120 manatdır və vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinə müəyyən müddətə təyin edilir:
Hiç yorum yok:
Yorum Gönder