Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, dərin zəkası, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti, işgüzarlığı,xeyirxahlığı, iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş, ehtiyatda olan polkovnik- leytenat Oktay Təhməzovun aprel ayının 27-də dünyaya göz acdəğı gündür.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan polkovnik leytenat Oktay Təhməzovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər,Oktay qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni illin isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik -leytenat Təhməzov Oktay Təhməz oğlu 1977-ci ilin aprel ayının 27-də Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hacıməmmədoba kəndində zəhmətkeş ailədə anadan olub.
1988- ci ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində ibtidai sinifi, 1994 cü ildə Xaçmaz rayonun yeni Həyat qəsəbəsində orta məktəbin 10-cu sinifni, 1999-cu iİdə isə Azərbaycan Poltexnik Universitetini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, kamanda- qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Oktay Təhməzov 1999-2001 -ci illərdə Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən Reaktiv artilleriya birqadasında müxtəlif vəzifələrdəxidmət edib.
2001-2003 -cü illərdə Bakı şəhəri İcra Hakimiyyəti Nəzdində Nəqliyyat Deportametində xətt və lisenziya şöbəsində baş mütəxəssis vəzifəsində işləyib.
2004- 2022 -ci illərdə Daxili Qoşunların Baş İdarəsinin NərmanovQuba, Sabuncu və Qəbələ rayonlarında yerləşən hərbi hissələrdə avtomobil taqım komandiri,avtomobil və zirehli texnika bölüyün komandiri,avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi-texniki təminat xüdməti üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Avtomobil və Zirehli texnika şöbəsində baş zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.
Qanunvericilik ilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi ixtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Oktay Təhməzov DON-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrinin və hərbi hissə qarşısında qoyulmuş tapşrıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 İlliyi (1918-2008)” yubiley medalı ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2 dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 3 dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
OKTAY DOĞUM GÜNÜN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN XOŞ GÜNLƏR YAŞATSIN!
Azərbaycan Respubilkasının Siıahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder