İnsan ücün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə vətənpərvərliyi, işgüzarlığ, iradı və mənəvi keyfiyyəti ilə seçilən, ehtiyatda olan leytenat Məmmədov Kamran Vaqif oğludur.Aprel ayının 8 - də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan leytenat Məmmədov Kamran Vaqif oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Kamran qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Leytenat Məmmədov Kamran Vaqif oğlu 1980 -ci ilin aprel ayının 8 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1996 - ci ildə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına Bakı şəhər Nərmanov rayon 47 nömrəli tam orta məktəbi, 2001 - ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin hərbi hazırlıq fakultəsini bitirib.
Kamran Məmmədov 2001-2004 - cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul və Xətai rayonlarında, Sumqayıt və Şirvan şəhərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib. Kamran Məmmədov hal - hazırda Business Restaurant sahəsində işləyir.
Leytenat Kamran Məmmədov Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olub.
Kamran Məmmədov Daxili Qoşunların Baş İdarsində və hərbi hissələrində keçirilən təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində leytenat Kamran Məmmədov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmri iIə yubiley döş nişanı ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları Kamran Vaqif oğlu Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN KAMRAN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder