Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında maddi -texniki təminat (arxa) xidmətləri sahəsinə həsr etmiş, bu müddətin də böyük hissəsini alay və briqada komandirinin, ali hərbi məktəb rəisinin maddi- texniki təminat (arxa) xidmət üzrə müavini vəzifəsində xidmət etmiş- ehtiyatda olan polkovnik Novruzov Rövşən Hidayət oğlunun aprel ayının 26- da dünyaya göz acdığı günüdür.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan polkovnik Novruzov Rövşən Hidayət oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada doğmaları, əzizləri və iş yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçünən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Rövşən qoy yaşınızın üstə gələn bu yaşda sizə sevinc dolu günlər bəxş etsin,hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Novruzov Rövşən Hidayət oğlu 1966 -cı ilin aprel ayının 26 -da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983 - cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Xok kənd orta məktəbi, 1993 - cü ildə Moskva şəhərində Qida Saneyisi Ünverstetini, 2001 -ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki təlim toplanışlarda, müvafiq ixtisasartırma kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi - köstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1984 1986 -ci illərdə Rusiya Sovet Sosialist Respublikasının Kirov şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1995- 2016 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında, Bakı şəhəri Nərimanov, Biləcəri və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və Ali Hərbi Məktəbdə Ərzaq və Əşya xidmət rəisi, Briqada ( Alay) komandirinin və Ali Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat Xidməti üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Maddi texniki təminat idarəsində isə Ərzaq xidmətində baş zabit vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
Rövşən Novruzov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də də xidmət etdiyi və işlədiyi kollektivlərdə,dost-tanış, qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
O, Ulu öndərin idealarına,dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə, sadiq,hər zaman sözu ılə əməli bir olan zəhmətkeş zabit kimi tanınır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına və xidmət etdiyi hərbi hissəyə (Ali hərbi məktəbə) həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda, briqada komandirinin və Ali Hərbi Məktəb rəisinin Maddi Texniki Təminat xidməti üzrə müavini kimi küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmişdir.
Hərbi xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı, yubiley və müvafiq idman dərəcəsi döş nişanı ilə, bir çox diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Rövşən Novruzovun səmərəli və məqsədyönlü fəaliyyətinin Daxili İşlər Nazirliyin və Daxili Qoşunlar Komandanlığının rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirldiyinə görə, möhtərəm Prezidentimizin müvafiq sərancamı ilə “Hərbi xidmətlərə görə", Daxili işlər nazirinin müvafiq əmrinə əsasən aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" 10 - iliyi, 90- illiyi və 95 -iliyi yubiley medalı ilə.
30 ildən çoxdur mən polkovnik Rövşən Novruzovu tanyıram, 2001- ci ildə onunla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişəm. Allah–Təala ondan razı olsun. Onu və onun ailəsini Uca Yaradan xoşbəxt etsin. Onların bu dünyasını gözəl, bərəkətli, axrətini isə daha gözəl və bərəkətli etsin.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RÖVŞƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder