Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş,ehtiyat olan polkovnik- leytenat Ramin Səmədovun aprel ayının 26 -da dünyaya göz acdığı gündür.
Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən- ehtiyatda olan polkovnik -leytenat Səmədov Ramin Kərim oğlunu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Ramin qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik - leytenant Səmədov Ramin Kərim oğlu 1978 - ci ilin aprel ayının 26 da Azərbaycan Respublikasının Bskı şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb.Əslən Şəki şəhərindəndir.
Ramin Səmədov 1994 - cü ildə Bakı şəhər 26 nömrəli tam orta məktəbi, 1998 - ci ildə Azərbaycan Texniki Universiteti, bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrdə kecirlən bir cox təlim-metodiki toplanışlarlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.Dəfələrlə Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəblərində müvsfiq ixtisas artırma kurslarda olub.
1999- 2002-ci illərdə Azərbaycan Ordusunda müxtəlif zabit vəzifələrdə olub. 2003 - 2022 - ci illərdə Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə, Daxili Qoşunların Hərbi Ali Məktəbin elmi şöbəsində şöbə rəisinin müavini,Daxili Qoşunların Baş İdarəsinin maddi texniki-təminat idarəsində isə baş zabit vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib. Hal-hazırda Ramin Səmədov Xətai rayonun Ağ şəhərində yerləşən özəl təhlükəsizlik xidmətində xidmət rəisinin müavini vəzifəsində calışır.
Polkovnik leytenant Ramin Səmədov DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
Ramin Səmədov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına Ramin Səmədov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında Ramin Səmədov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Ramin Səmədov Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,
Daxili Qoşunların və Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəb rəislərinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən fəriqləndiknə və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" 90 illiyi, 95 iliyi və 100 iliyi yubiley medallıarı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RAMİN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder