Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili QoşunlarınBaş İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisik İnfarmasiya İdarəsinin həyatında öz dəst - xətti və xüsusi xidmətləri olan,yüksək peşəkarlığı,dərin zəkası, səmimiyyəti,sadəliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,işgüzarlığı, iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Əfqanıstan Demokratik Respublikasının və Azərbaycan Respublikasının müharibə veteranı -ehtiyatda olan polis polkovnik leytenatı Alsoinov Faiq Əlibala oğlunun aprel ayının 19- da dünyaya göz acdığı gündür.
Faiq Əlibala oğlu Alsoinov 1969 -ci ilin aprel ayının 19-da Gürcüstan Respubilkasının Laqodexi rayonunun Uzuntala kəndində zəhmətkeş bir ailədə anadan olub.
Faiq Alsoinov 1987-ci ildə Gürcüstan Respublikasının Laqodexi rayonun Uzuntala kənd orta məktəbi, 2000-ci ildə isə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.
Faiq Alsoinov 1988-1999-cu illərdə SSRİ Silahlı Qüvvələrin Əfqanıstan Demokratik Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1992-2003 -cü illərdə Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə,2003-2017-ci illərdə isə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsində bölmə rəisi vəzifələrində Millətə,dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,Əfqanıstan və Azərbaycan Respubilkasının müharibə veteranı- ehtiyatda olan polis polkovnik leytenatı Alsoinov Faiq Əlibala oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş və doyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Faiq müəllim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı və təcürbəli zabit, qayğıkeş insan kimi göstərən polkovnik leytenat Alsoinov Faiq Əlibala oğlu Daxili işlər nazirliyin müvafuq strukturlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın (Polis Andın), hərbi, daxili qoşunların döyüş xidməti, daxili işlər nazirliyin isə post patrul xudməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilikilə müəyyən olunmuş qayda da Daxil işlər nazirliyin Daxili Qoşunlarına, Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqalədə hallar (hərbi vəziyyət və komendatsaatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və polis yoldaşları Faiq Alsoinovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.Faiq müəllim istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi və polis intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət etdiyi dövrlərdə digər xudmətlərinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanın, Baş Əməliyyat və Statistik İnformasiya rəisinin müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı və yubiley döş nişanları ilə təltif olnub, bir çox diplomlarla,fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
İctimai asayişin tımin edilməsində,cinayətkarlığa qarşı mübarizədə,hüquq qaydasının möhkəmləndirilməsində,dövlətin ərazi bütövlüyünün təmin edilməsində, öz xidməti vəzifələrinin yerinə yetirilməsində polis polkovnik leytenatı Alsoinov Faiq Əlibala oğlu xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2."Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal – Azərbaycan Polisində 10 təqvim ili qüsursuz xidmətə görə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Polisinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
Faiq Əlibala oğlu Alsoinov Əfqanıstan xalqı adından “Beynəlmiləçi-döyüşcü” minatdarlıq medalı ilə təltif olunub.
FAİQ MÜƏLLM ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
55 YAŞIN MÜBARƏK OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder