Daxili İşlər Nazirliyi (DIN-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, iradl, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş - istefada olan polkovnik leytenat Hacıyev Bəxtiyar Hacı oğlunun aprel ayının 7-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Müharibə Veteranı- ehtiyatda olan polkovnik leytenat Hacıyev Bəxtiyar Hacı oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Bəxtiyar qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, vətənpərvər və torpağına bağlı gözəl insan polkovnik leytenat Hacıyev Bəxtiyar Hacı oğlu 1971-cı illin aprel ayının 7-də Azərbaycan Respublikasının Naxcvan Muxtar Respublikasının Ordubad rayonunda zəhmətkeş ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Bəxtiyar Hacıyev 1988 -ci ildə Naxçvan Muxtar Respubilkanın Ordubad rayonunda internat orta məktəbi, 1997-ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini , 1998-ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.
Bəxtiyar Hacıyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim - metodiku toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi- göstərici hərbi məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan, Bəxtiyar Hacıyev 1989-1991- ci illərdə SSRİ Silahlı Qüvvələrinin Kamcatka şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1992- 1993 -cü illərdə könüllü olaraq Azərbaycan ordusunun tərkibində, Azərbaycanın ərazi büyövlüyü uğrunda gedən döyüşlərdə iştirak Azərbaycan Respublikasının Müharibə Veteranıdır.
Bəxtiyar Hacıyev 1994-1997-ci illərdə Bakı Ali Ümümqoşun Komandirlər məktəbində ali hərbi təhsil almışdır.1997-2011-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Naxçıvan Muxtar Respubilkasında yerləşən əlahiddə hərbi hissədə taqım komandiri, bölük komandiri və xüsusi təynatlı dəstənin komandiri vəzifələrində Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib.
Bəxtiyar Hacı oğlu Hacıyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin,Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar və hərbi vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları Bəxtiyar Hacıyevi vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edlib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏXTİYAR!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder