Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş- polkovnik- leytenat Azər Quluyevin aprel ayının 26 -da dünyaya göz acdığı gündür.
Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən ehtiyatda olan polkovnik - Quliyev Azər Vaqif oğlunu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Azər qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik - leytenant Quliyev Azər Vaqif oğlu 1974 - cü ilin aprel ayının 26 da Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndində ziyalı ailəsində dünyaya göz açıb.
1990 - ci ildə Özbəkistan Sovet Sosialist Respublikasının Səmərqənd şəhərində orta məktəbin 9 - ci sinifni, 1991- ci ildə Bakı şəhərində orta məktəbin 10 - cu sinifni, 1994 - ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov Ali hərbi məktəbin 3 - cü kursunu, 1997- ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrində kecirlən bir cox təlim-metodiki toplanışlarlarda, müvafiq ixtisasartırma kurslarda, hərbi- xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1994 - 2018 - ci illərdə Daxili Qoşunların Xəzər, Nərimanov,Hacıqabul, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində və Ali hərbi məktəbdə tədris taqımın komandiri-müəllim, bölük komandiri, hərbi hissənin İdman və fiziki hazırlıq rəisi, ayrıca yerləşən Əlahiddə tabor qərargahının rəisi, tədris tabor komandiri, kafedra rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında isə baş inspektor vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.
1918 - 2020 -ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Qanunsuz İmiqrantlarların ölkədən çıxarılması şöbəsinin rəisi vəzifəsində olub.
Azər Quliyev idman sahəsində (Atəş və yüngül atletka üzrə) ən yüksək nəticələr göstərdiyinə görə Daxili Qoşunların Baş İdarəsinin və Daxili işlər nazirliyin İdmam cəmiyyətinin yığma komandasının üzvü olmuş, O güc nazirliklər arşında keçirilən birincilik yarışlarında öz tövhəsini vermişdir.
Polkovnik leytenant Azər Quliyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
Azər Quliyev istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına Azər Quliyev məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar , habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində Azər Quliyev üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis Akademiya rəisinin
Ali Hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı,yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə, fəxri fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən fəriqləndiknə və nümunəvi xidmətinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" 10 illiyi, 90 iliyi və 95 iliyi yubiley medallıarı ilə
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. AZƏR !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder