Təbrik: Polkovnik leytenant Namiq Zeynalov-53




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi  (DİN) Daxili Qoşunlarında öz  dəst- xətt olan, yüksək peşəkarlığı, öz zəkası, vətənpərvərliyi, mənəvi keyfiyyətləri, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranı-
ehtiyatda olan  polkovnik- leytenant Zeynalov Namiq  Qafar oğlunun aprel ayının 7-də
doğum günüdür.

Polkovnik- leytenant  Zeynalov Namiq Qafar oğlu  1972-ci ilin aprel ayının 7-də anadan olub.

Öz üzərində işləməyi,Vətənini xalqını, dövlətini sevməyi bacaran,gözəl  insan və zəhmətkeş zabit,ehtiyatda olan polkovnik-leytenat  Namiq Zeynalov 1995-2024-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nərimanov, Xəzər və Sabunçu rayonlarında, Sumqayıt şəhərində yerləşən hərbi hissələrində (hərbi hospitalında) əsgər, məsul  icracı, anbar rəisi,müdavim, taqım komandiri, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin İnspksiyasında baş inspektor vəzifələrində Vətənə , dövlətə, xalqa sədaqətlə xidmət edib.

Öz xidməti, ictimai vəzifə  borcunu  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirən, ehtiyatda olan polkovnik- leytenant Namiq Zeynalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibati binaların, hərbi şəhərciklərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyatğarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Xidməti vəzifələrinin icrasına  məsuliyyətilə yanaşdığına və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq  əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley  döş nişanları, fəxri fərmanla və qiymətli hədiyyələrlə  mükafatlandırılıb və aşağıdakı medallarlarla təltif olunub:

1.“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı”  medal ilə;


2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;


3.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə;


4.“Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı ilə;


5. “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim xidmətə görə;


6.“Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


6.“Qüsursuz xidmətə görə”   3 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 11 mart  2020-ci il tarixli 1917 sayı sərəncamına əsasən polkovnik-leytenat  Zeynalov Namiq Qafar oğlu  “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.


Zeynalov Namiq Qafar oğlunun
anadan olması günü münasibətilə onu, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, yaxınları, hərbçi dostları və iş  yoldaşları
ürəkdən təbrik edir, ona
uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti, fəaliyyətində yeni uğurlar
arzulayır!

DOGUM GÜNÜN MÜBARƏK OLSUN  NAMİQ!

100 YAŞA SAĞLAM YAŞA.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev 

Hiç yorum yok:

Yorum Gönder

Pages