Təbrik: Polkovnik- leytenant İsmayıl Fərmaov



    

Daxil İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası,  vətənpərvərliyi,  gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi, səmərəli fəaliyyəti və səmimiyyəti   ilə seçilən, Azərbaycan Respublikasının Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik- leytenant Fərmanov İsmayıl Çingiz oğlunun aprel ayının  26 - də  dünya göz açdığı gündür.

 

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan  polkovnik- leytenant İsmayıl Fərmaovu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının  ehtiyatda və istefada olan zabitləri,doğmaları ,yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,

İsmayıl qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

  

Polkovnik- leytenant  Fərmaov İsmayıl  Çingiz oğlu oğlu  1981-ci illin   aprel ayının  26 -da Bakı şəhərində    zəhmətkeş  bir ailədə

 anadan olub.

   

1998 - ci ildə, Cəmşid Naxcvanski adına hərbi liseyi 2003- ci ildə   Bakı Ali  Ümümqoşun  Komandirlər Məktəbini (BAÜKM), 2004 - ci ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Xəzər rayonunda yerləşən təlim- tədris  mərkəzində  zabitlərin ixtisas

artırma kursunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  bir sıra  xarici ölkələrdə ixtisasartırma kurslarında olub. 

     

2003-2023 - cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə, vətənə, dövlətə  və xalqa  sədaqətlə xidmət  edib.44 günlük Vətən müharibəs iştirakçısıdır.

 

İsmayıl  Fərmanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqculara səxsi  nümunə olub.


İ.Fərmanov Daxili Qoşunların  Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə,nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq edib.

    

İsmayıl Fərmanov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan  zəhmətkeş zabit olub.  


Qanunvericiliklə  müəyyən edilmiş qaydada  DİN-in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,

şəhərdə, yaşayış yerlərində və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində,qəzalar, yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər  və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində,44 günlük Vətən müharibəsində,dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri iIə əlaçı   və yubiley döş  nişanları ilə təltif olunub, bir çox fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,

döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və  öz xidməti  vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə polkovnik- leytenant Fərmaov İsmayıl Çingiz oğlu  aşağıdakı medallarla təltif olunub:


1.”Vətən müharibəsi iştirakçısı" medal ilə,


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)”  yubiley medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918 -2013)” yubiley  medalı ilə;


4."Qüsursuz  xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili  xidmətə görə;


5."Qüsursuz xidmətə görə" 2-ci  dərəcəli medal  ilə

 - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


6.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.


Hərbi yoldaşları  İsmayıl  Fərmanovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  İSMAYIL.


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

  

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

   


Hiç yorum yok:

Yorum Gönder

Pages