Təbrik: Polkovnik Akif Cəfərov - 61



Daxili İşlər Nazirliyi (DIN-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti  olan, peşəkarlığı, xeyirxahlığı, səmimiyyəti , səmərəli fəaliyyəti və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün 41  ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş - istefada olan polkovnik  Cəfərov Akif Meyləqulu   oğlunun   aprel  ayının  6-da dünyaya göz acdığı gündür. 

Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı-istefada  olan polkovnik Cəfərov Akif Meyləqulu oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri (DİN-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Akif  qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Peşəkar hərbi zabit, vətənpərvər  və torpağına bağlı  insan polkovnik Cəfərov Akif Meyləqulun oğlu 1964-cı illin aprel ayının 6-da Abşaron rayonun Ceyranbatan qəsəbəsində zəhmətkeş bir ailədə  anadan olub.

Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Akif Cəfərov 1981-ci ildə Abşaron rayonun Ceyranbatan qəsəbə orta məktəbi, 1986-ci ildə isə Bakı  Ali  Ümümqoşun  Komandirlər  Məktəbini bitrib.  

Akif Cəfərov  Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda,  hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 

 Xoş rəftarı  və şirin dili  ilə hər kəslə  isti münasibət yaradan, Akif Meyləqulu oğlu  Cəfərov 1986-1991- ci illərdə SSRİ  Silahlı Qüvvələrinin Ukrayna   Respubilkasında   yerləşən hərbi hissələrin birində  müxtəlif  vəzifələrdə  calışmışdır.

1992-2024-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi, Füzuli, Qaradağ və Xətai  rayonlarında yerləşən hərbi hissələrində (hərbi  hospitalında) döyüş hazırlığı bölməsinin rəisi, alay komandirinin müavini, alay və briqada   komandirlərinin birinci müavini- qərargah rəisi,elmi şöbənin rəisi,  Daxili Qoşunların Bas İdarəsinin əməliyyat və döyüş hazırlığı  idarəsində isə Qoşun xidmətinin rəisi   vəzifələrində fövlətə, vətənə və xalqa  sədaqətlə xidmət edib .

Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları) istiqamətində gedən döyüşlərdə  alayın qərargah rəisi və alay komandiri kimi,  polkovnik Akif Meyləqulu oğlu Cəfərov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir. Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr  və  müharibə vetranıdır.

Akif Cəfərov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericiliklə müəyyən edilmiş  qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili İşlər Nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  post-patrul xidməti  vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlərvə başqa  fövqalədə hallar   və fövqəladə vəziyyət və  komendant saatı  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin  olunmasında eləcə də 44 günlük  Vətən müharibəsində və Lokal xarakterli antitteror tədbirlərin keçirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir.   

Hərbı yoldaşları Akif Cəfərovu vətənpərvər, qoruxmaz, zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranması günü ilə əlaqədar, eləcə də dövlətin ərazi bütövlüyün təmin  olunmasında  iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə,öz xidmət  vəzifələrini və  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə,hərbi xidmət kecdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti, SSRİ Müdafiə Naziri və onun müavinləri, Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, ali hərbi məktəb rəisi,  hərbi hissə komandiri tərəfindən  əla xidmətlərə görə   əlacı, yubiley və idman dərəcəsi  döş nişanları ilə təltif edlib, dəfələrlə fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif edilib:

  1. Azərbaycan Respubilkası Prezidentinin 14.03.2014-cü il tarixli sərancamına əsasən  “Hərbi xidmətlərə  görə medalı ilə.


  1. “SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin müvafuq əmirlərinə  əsasən


2.1.“SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley  medalı ilə;


2.2"Azərbaycan Respubilkası  Silahlı Qüvvələri Veteranı" medalı ilə;


2.3"Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;


2.4."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin yaranmasının  90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə


2.5"Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının" 95 illiyi  (1918 - 2013 )” yubiley medalı ilə;


2.6.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı ilə;


2.7."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı ilə - Silahlı Qüvvələrdə  20  təqvim ili xidmətə görə;


2.8."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


2.9.“Qusursuz xidmətə  görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

   

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  AKİF!

BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages