Yüksək hərbi peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, müharibə veteranı - ehtiyatda olan kapitan Qafarov Eldar Qəzənfər oğlunun aprel ayının 25- də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, peşəkar zabit, 2-ci qrup müharibə əlili - ehtiyatda olan kapitan Eldar Qafarovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları ,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Eldar qoy hər yeni yaşınız da sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Qafarov Eldar Qəzənfər oğlu 1971- ci ilin aprel ayının 25 -də Sumqayıt şəhərində zəhmətkeş ailədə anadan olub.
1988 - ci ildə Cəmşid Naxcvanski adına hərbi liseyi, 1992 - ci illin iyun ayında Kiyev Ali Siyasi Dənizçilik Məktəbini,1997 -ci ildə Bakı Dövıət Universitetini bitrub.
1992-2001 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Ağdam,Ağdərə rayonlarında və Şumqayıt şəhərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə, Vətənə,Dövlətə və xalqa sədaqətlə xidmət edib. ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin 156-cı madəsinin v) bədinə əsasən xəstəliyə görə - Azərbaycan Respubilkası Daxili işlər nazirliyi Daxili Qoşunlarından Silah xidməti vəzifəsindən ehtiyata buraxlıb.
Kapitan Eldar Qafarov Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində isə Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi nümunə olub.
Qafarov Eldar Qəzənfər oğlu Daxili Qoşunların Baş İdasində, təlim - tədris mərkəzdə və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda,hərbi və xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Kapitan Eldar Qafarov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, hərbi və fövqalədə hallar (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin,yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində kapitan Eldar Qafarov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb və hərbi lisey rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə “Qusursuz xidmətə görə” 3 cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə əlaçı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları kapitan Eldar Qafarovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELDAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder