Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş - ehtiyatda olan mayor İslamov Elman Tofiq oğlunun bu günlərdə 40 yaşı tamam olub.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Elman İslamovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların istefada və ehtiyatda olan zabitıəri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elman qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İslamov Elman Tofiq oğlu 1985-ci ilin aprel ayında Almaniya Demokratik respublikasında peşəkar hərbçi ailəsində anadan olub.Atası polkovnik leytenant İslamov Tofiq Elman oğlu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında hərbi hissə komandiri vəzifəsində xidmət etdiyi illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam rayonunun Papravənd kəndi) uğrunda gedən döüşlərdə (20.06.1993-cü ildə) şəhid olub və ölümdən sonra dövlət mükafatına layiq görülüb.
Elman Tofiq oğlu İslamov 2003-cü ildə Bakı şəhər 192 nömrəli tam orta məktəbi,2008-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin orta ixtisas hərbi məktəbini bitrib.
2005-2024-cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.
Elman İslamov öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetiriməsi işində daimi nününə olmuşdur.
Mayor Elman İslamov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr ,yanğınlar və təbii fəlakətlər və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində mayor Elman İslamov üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə -ehtiyatda olan mayo Elman Tofiq oğlu İslam Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, fərmanlarla,diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə;
3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim illi xidmətə görə;
4.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.“Qüsursuz xidmətə görə” 3-cü dərəcəl medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
YENİ YAŞIN MÜBARƏK OLSUN
ELMAN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr veteranı, müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder