Cəbrayıl rayonunda anadan olan və 3 aprel 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş nur üzlü şəhidimiz, Qəhrəmanov Ruhin Əşrəf oğlu, bu gün anım mərasimi ilə yad edilib. Onun qəhrəmancasına həlak olduğu döyüşlər, tariximizdə və xalqımızın yaddaşında əbədi qalacaq.
Cəbrayıl qəsəbəsində keçirilən tədbirdə AVMVİB sədrinin sosial məsələlər üzrə sədr müavini Akif Həsənov, AVMVİB Beyləqan rayon sədri Əlövsət Məmmədov və Cəbrayıl rayonunun İca Hakimiyyətinin Başçısı Kamal Həsənov, Cəbrayıl rayon DİN şöbə rəisi, həmçinin icra hakimiyyəti nümayəndələri, veteranlar və qazilər mərasimdə iştirak etdilər.
Tədbirdə şəhidimizin ruhuna dualar oxundu, Vətən uğrunda canını fəda edən qəhrəmanın ailəsinə ehtiram göstərildi. AVMVİB-nin səlahətli nümayəndəsi Akif Həsənov çıxış edərək, AVMVİB sədiri Füzuli Rzaquliyev adından şəhidin ailəsinə başsağlığı verdi. Həmçinin, o, qeyd etdi ki, AVMVİB şəhidlər və şəhid ailələrinin daim yanında olacaqdır.
Bu mərasim, şəhidimizin həyatını və mübarizəsini yad etməklə yanaşı, Vətənə olan sevgimizi və hörmətimizi bir daha göstərdi. Şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq.
AVMVİB Mətbuat xidmətinin
Qarabağ üzrə bölgə müxbiri Elçin Qədirov







Hiç yorum yok:
Yorum Gönder