Bakı şəhəri Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rəvan Mədədovun doğum günüdür. Aprelin 25-i onun 16 yaşı tamam oldu. Rəvan I Vətən müharibəsinin iştirakçısı Rafiq Mədədovun oğludur. Rəvanın atası 1991-ci ilin oktyabr ayında könüllü olaraq Azərbaycan Ordusu sıralarına daxil olub. Bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edib. Fəxr edirəm ki, həm Rafiq bəyi, həm də ömür-gün yoldaşı, ixtisasca hüquqşünas olan Nailə xanımı yaxından tanıyıram.
Rəvan aktiv yeniyetmədir, III ixtisas qrupu üzrə hazırlaşır.
Dəyərli Rəvan bəy, doğum gününüzlə əlaqədar Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, inşAllah, Siz, yaxın gələcəkdə Azərbaycanın daha qüdrətli olması üçün var qüvvənizlə çalışacaqsınız.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 25.04.2025.
Hiç yorum yok:
Yorum Gönder