Polkovnik-leytenant Elşad Quliyevin anım günüdür.


6 aprel MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, Gəncə şəhərində silahlı qruplaşmayla MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları arasında baş vermiş silahlı insident zamanı şəhid olmuş, polkovnik-leytenant Elşad Quliyevin anım günüdür.
Allah bütün şəhidlərimizə rəhmət etsin inşallah.

Elşad Vəli oğlu Quliyev 19 dekabr 1972-ci ildə Zəngilan rayonunda həkim ailəsində anadan olmuşdur.

1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil almışdır. 1990-cı ildə Azərbaycan Texniki Universitetinə qəbul olub. 1995-ci ildə Universiteti bitirmişdir. Bundan sonra MTN-nin həqiqi hərbi xidmət sıralarına qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə və şöbə rəisi vəzifələrində çalışmışdır.

İşlədiyi illər ərzində Elşad Quliyev Milli Təhlükəsizlik Nazirinin əmri ilə "Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919—2009)" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.

Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur.

Həyat yoldaşı Sevinc xanım, oğlanları Əmmar və Nəim.

Qarabağ müharibəsi veteranıdır. 1995-ci ildən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır.

6 aprel 2012-ci ildə Gəncə şəhəri Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmayla MTN-in "Qartal" xüsusi təyinatlı dəstəsinin əməkdaşları arasında baş vermiş silahlı insident zamanı həlak olmuşdur.

Mükafatları: 16.03.2005 — Azərbaycan "İgidliyə görə" medalı.
28.03.2009 — Azərbaycan "Vətən uğrunda" medalı.
09.04.2012 — Azərbaycan "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)

Hiç yorum yok:

Yorum Gönder

Pages