Müstəqil Həmkarlar Birliyi 2 illiyini qeyd edir


Bu gün  Müstəqil Həmkarlar Birliyinin yaranmasından 2 il ötür. Bununla bağlı İdarə Heyətinin iclası keçirilib. İclasda qeyd olunmuşdur ki, 
Müstəqil Həmkarlar Birliyi yarandığı gündən vətəndaşların problemləri ilə bağlı müraciətlərini qəbul etmiş və bu problemlərin həlli üçün aidiyyəti qurumlara sorğular ünvanlanması ilə yanaşı bütün lazımi addımları atmışdır. Bu 2 il ərzində Müstəqil Həmkarlar Birliyinə daxil olan müraciətlərin sayı 2000-i keçmişdir.

Qeyd edək ki, 2 il ərzində Müstəqil Həmkarlar Birliyinin 12 rayon şöbəsi təsis edilmişdir və bu rayonlarda vətəndaşlara lazımi xidmətlər göstərilir.
Müstəqil Həmkarlar Birliyinin İdarə Heyəti yaranmasının 2-ci ili münasibətilə Birliyin bütün üzvlərini təbrik edir, xalqımıza sülh, firavanlıq,bolluq və rahatlıq arzulayırıq. 

Hiç yorum yok:

Yorum Gönder

Pages