Maraqlıdır, yeni meyarların tətbiqi əlillik təyinatlarında hansı dəyişikliklərə səbəb olacaq? Hansı növ əlilliklər daha dəqiq qiymətləndiriləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, bu, nəticə etibarilə daha çox vətəndaşımızın müddətsiz əlillikdən istifadə etməsinə gətirib çıxaracaq.
“Bu o deməkdir ki, vətəndaşa təyin olunan əlillik dərəcəsi müddətsiz olacaq. O, artıq yenidən həkim baxışından, tibbi müayinədən keçmək məcburiyyətində olmayacaq. Sözügedən hadisə müsbət bir hal kimi qiymətləndirilməlidir.
Təbii ki, meyarların sayının artırılması bütövlükdə bu istiqamətdə həyata keçirilən islahatların nəticəsidir. Həmin meyarlar çərçivəsində əlilliyi olan vətəndaşlarımız əmək qabiliyyəti olmadığına görə müddətsiz olaraq bu statusu daşıyacaqlar. Bu, həm presedurların sayının azalması, həm də uzunmüddətli olmasına gətirib çıxaracaq",- deyə o fikrini yekunlaşdırıb.
Hiç yorum yok:
Yorum Gönder