Bunun əsas səbəbi ondadır ki, “Dövlət Əmək Müfəttişliyi Xidməti ” son 5-6 ildə əmək mübahisələrinə lazımi diqqət yetirmir, müəssisələrdə canlı monitorinq aparmır. Digər tərəfdən, təçkilatlarda olan “Həmkarlar İttifaqı ” tez-tez rəhbərlərlə az qala ki, qohumluq əlaqələri saxladığından qanun pozuntularına göz yumur və hətta buna şərait yaradır.
Yaxın günlərdə Vətəndaş Hüquqlarının Müdafisinə Dəstək “Müstəqil Həmkarlar Birıiyə " Azəriqaz" İB-dən daha bir işçinin müraciəti daxil olub. Müraciətdə qeyd olunur ki, “Bakı Regional Qaz İstismar Departamenti (RQİD)” 2025-ci ilin əvvəlindən, yani Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin əmək haqlarının artırılması barədə sərəncamından dərhal sonra, işçilər üçün bu il ərzində artıq ikinci dəfə "Bilik imtahanı – Attestasiya" keçirir. Rəsmi olaraq bu prosesi müxtəlif bəhanələrlə açıqlamağa çalışsalar da, attestasiyanın “qanun pozuntuları ilə “ aparılması onu göstərir ki, əsas məqsəd , işçilərin dərəcələrini aşağı salaraq onlara az maaş verməkdir.
Müraciətdə qeyd olunur ki:
- Əgər attestasiya “struktur dəyişikliyi “ ilə əlaqədar olsaydı (yeni qurum yarandığı üçün), onda “Əmək Məcəlləsinin” 63-cü maddəsinə görə
1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır
. 2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.
- “Əmək Məcəlləsinin” 66-cı maddəsində isə eyni vəzifədə 3 dəfə attestasiya keçən işçilər və Vətən müharibəsində əlillik qazanan şəxslər yenidən imtahana cəlb oluna bilməz. Lakin "Azəriqaz" bu qaydaları gözləməyərək hətta bu kateqoriyalardakı işçiləri də attestasiyaya məcbur edir.(c)
Biz artıq “ Müstəqil Həmkarlar Birliyi “ olaraq bu faktlarla bağlı , səlahiyyətli orqanlara müraciət etmişik və üzvilərimiz hər birinin hüquqlarını qorumaq üçün mübarizəni davam etdirəcəyik.
Vətəndaşlara isə tövsiyyəmiz var.
Əmək hüquqlarınız uğrunda mübarizə etməkdən çəkinməyin!
Bu, təkcə sizin deyil, uşaqlarınızın gələcəyi üçün də vacib olan Konstitusiya hüququdur.
Əhməd Rəhmanov
Müstəqil Həmkarlar Birliyinin sədr müavini
Hiç yorum yok:
Yorum Gönder