Hacı Vəliyevin azadlığa buraxılmasını xahiş edirik!




Aprelin 1-də Azərbaycan Respublikası "Gənc Qazilər" İctimai Birliyinin sədri, Qarabağ Vətən müharibəsinin iştirakçısı, Vətən uğrunda bir gözünü itirən qazi, II-ci dərəcəli müharibə əlili Hacı Fəxrəddin oğlu Vəliyevə  22 günlük sanksiya tətbiq edildi, Kürdəxanı təcridxanasına göndərildi. 

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya digər əşyadan istifadə etməklə törədildikdə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunur.

"Gənc Qazilər" İctimai Birliyinin kollektivi aydiyatı dövlət qurumlarından, Qazi Hacı Vəliyevin sərbəst buraxılmasını tələb və xahiş edir!
Qeyd:"Gənc Qazilər" ictimai birliyinin müraciətinə mən də qoşuluram. Əminəm ki, Dövlət Başçısı cənab İlham Əliyev Hacı Vəliyevin azadlığa buraxılması üçün zəruri tapşırığı verəcək.
Şamil Sabiroğlu, jurnalist.
Bakı şəhəri, 02.04.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages