20 aprel polkovnik leytenat Xaqani Qədimovun 3 mərasimi keçiriləcək.




Daxili İşlər Nazirliyi (DİN-in) Daxil Qoşunlarınında  müxtəlif vəzifələrdə xidmət etmiş  -istefada olmuş polkovnik- leytenant Xəqani Qədimovun  3 mərasimi  aprel ayının 20-də Tərtər rayonunun Təzəkənd kəndidə keçiriləcək.

Mərasim saat 11.00-da başlayıb,17.00 kimi davam edəcək.


Qeyd edək ki, polkovnik-leytenat Xəqani Qədimov aprel ayının  18 də Tərtər rayonunda  59 yaşında vəfat edib və  Tərtər rayonunun Təzəkənd qəbiristanlığında torpağa tapşırılıb 


Xatırladaq ki,Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı polkovnik- leytenat Xəqani  Qədim oğlu  Qədimov  3 yanvar  1966-cı ildə  Tərtər rayonunun Təzəkənd kəndində   zəhmətkeş bir ailədə anadan olub.

 1983-cü ildə  Tərtər rayonunun Təzə kənd orta məktəbini,1989-cu ildə Ukrayna Respublikasının Donestsk şəhərində Bədən tərbiyəsi və İdman Texnikomunu, 1999-cu illdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda  yerləşən hərbi məktəbi (zabitlərin ixtisas artırma kursunu) bitirib. Xəqani Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Xarici ölkələr də və Daxili Qosunların Baş idarəsində keçirilən müvafiq kurslarda, eləcə də hərbi təcrübə mübadiləsi əldə etmək üçün xariçi ölkələrdə işgüzar səfərdə  olub, Daxili Qoşunların Bas İdarəsində keçirilən bir çox  metodiki- təlm toplanışlarda seminar və konfranslar fəai iştirak edib.

 Xaqani Qədimov 1984-1986-cı illərdə Sovet ordusunda müddətli həqqi hərbi xidmətdə olub . 1989- 1992-ci illərdə Orta məktəbdə müəllim işləyib,1993- 2020- ci illərdə isə      Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş   idarəsinin hərbi hisələrində xüsusi təyinatlı dəstədə əlbəyaxa döyüş üzrə  təlimatçı, xüsusi təyinatlı dəstədə qrup komandiri, mühənis və kimya xidmət  rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə  mühəndis və kimya xidmətlərində  baş zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Xaqani Qədimov peşəkarlığı,  humanistliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən  ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu  hərbi xidmətdə kecirib.

  Xəqani Qədimov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamilərinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

   X.Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

   Polkovnik -leytenant Xaqani Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


 Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.


Hərbi xidməti vəzifələri nin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  «Əla ximələrə görə » əlacı, yubiley və müvafiq idman dərəcələri döş nişanları ilə təltif olunub,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə , xidmətdə şücaət və   fədakarlıq x göstərdiyinə  görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;

3. “SRRİ Silahlı Qüvvələrininin  70-iliyi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” isə10-illiyi, 90-illiyi, 95-iliyi və 100 illiyi yubiley  medalları ilə .

Bir daha Daxili Qoşunların Komandanlığ Daxil İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda  və istefada olan zabit və gizirləri, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyi şöbəsinin idarə heyəti, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı - polkovnik leytenant Xaqani  Qədimovun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə ailəsinə və yaxınlarına başsağlığı verir və Allahdan səbir diləyir.


 Allah rəhmət etsin!


Xəqani Qədimovun qardaşı Sadiqin əlaqə nömrəsi  050 317 53 06.

 Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages