19 aprel mayor Qurbanxan Canıyevın 40 mərasimi keçiriləcək

 

   Həmkarlarmızdan biri olan, peşəkarlığı,işgüzarlığı, iradı, humanistliyi, sadəliyi və səmərəli fəaliyyəti  ilə seçilən, ömrünün 18 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə  keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı  olmuş- mayor Canıyev  Qurbanxan Xanış oğlunın 40 mərasimi  aprel ayının 19-da Salyan rayonun Xələc kəndində kecirlək.

Mərasim saat  11.00-dan saat 16.00 kimi davam edəcək.


Qeyd edək ki Qurbanxan Canıyev 2025 -ci  illin mart ayının 10-da 64 yaşında  vəfat edib. Salyan rayonun Xələc kəndində torpağa tapşırılıb.


Azərbaycan Respublikasının müharibə veteranı olmuş mayor Qurbanxan  Canıyev  1960 - ci ildə  uyul ayının 3-də  Azərbaycan Respublikasının Salyan rayonun  Xələc kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.


1977 -ci ildə  Salyan rayon təhsil İdarəsi üzrə  Xələc kənd orta məktəbini,  1982 -  ci ildə  Azərbaycan Politexnik İnstitutunu ,1997 - cı ildə  ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu bitrmişdir.O, Daxili Qoşunlarda xidmət etdiyim ilər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir çox metodiki -təlim toplanışlarında, müvafiq kurslarda, hərbı  və xüsusi -taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak etmişdir.

       

1982-1992 - ci illərdə   Sovet Ordusunun Samara Vilayətində yerləşən hissələrin birində  taqım komandiri,  böluk komandirinin müavini, böluk komandiri, 1992-2000 - ci illərdə isə  DİN-in Daxili Qoşunların Bas İdarəsinin Binəqədi,  Nərmanov,  Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrində böluk komandiri,  tabor qərargahının rəisi,  alayın qərargah rəisinin müavini vəzifələrində Dövlətə,  vətənə və xalqa sədaqətlə  xidmət etmişdir.

     

Mayor  Qurbanxan  Canıyev 2002 -ci ildən etibarən  uzun  müddət Peşə Təhsili üzrə Dövlət Agentliyin  Abşoron və Ceyranbatan peşə litseyində müəllim işləmişdir.

      Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə hallar  zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      

Hərbi və müəllim yoldaşları Qurbanxan Canıyevi  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanmışdır.

     

Mayor Qurbanxan  Canıyev  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

    

Qurbanxan   Caniyev Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  iştirak etmiş dir.Azərbaycan Respublikasının müharibə veteranı idi.


Öz xidməti  vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə   görə SSRİ Müdafiə Nazirinin,Azərbaycan Respublikasının   Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin, Müdafiə Nazirliyinin təlim - tədris mərkəzi rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı və  yubiley döş nişanları ilə,  dəfələrlə fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmış,

 ona təşəkkür elan edililmiş və aşağısakı medallarla təltif olunmuşdur:


1."SSRİ Silahlı Qüvvələrinin 70 - illiyi (1918-1988)” yubiley medalı ilə;


2.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001)” yubiley medalı ilə;


3."Qüsursuz  xidmətə görə " 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;


4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə. 


 Bir daha Daxili Qoşunlar Komandanlığı, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri mayor Qurbanxan Canıyevin vəfatından  kədərləndiyini bildirir və dərin hüznlə ailəsinə başsağlığı verirlər.


Allah rəhmət eləsin məkanı cənnət olsun!


Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və müharibə   veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages