Ziyalı dostum İsmayıl Hacıyevin doğum günüdür!



Cəbrayıl rayonu Soltanlı kəndinin yetirməsi, ömrünün 40 ildən çoxunu peşəkar jurnalistikaya həsr etmiş İsmayıl Alış oğlu Hacıyevin doğum günüdür. İsmayıl müəllim hazırda "İki sahil" qəzeti baş redaktorunun birinci müavinidir. Bu mətbu orqanın belə bir devizi var:"Vahid Azərbaycan uğrunda!". Qəzetin baş redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə ilə birgə Ölkəmizin ərazi bütövlüyünün bərpası prosesinə öz layiqli töhfəsini verən İsmayıl Hacıyev Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Respublikasının Əməkdar jurnalisti adına və "Tərəqqi" medalına layiq görülüb. İsmayıl Hacıyev həmçinin, "Qızıl Qələm" mükafatının laureatıdır.
İsmayıl müəllim nümunəvi bir ailənin başçısıdır. Onun 2 övladı, 2 nəvəsi var.
Dəyərli İsmayıl Hacıyevi doğum günü ilə əlaqədar təbrik edir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı şəhəri, 13.03.2025.

Hiç yorum yok:

Yorum Gönder

Pages