11 mart 2025 - cı ildə Əlilliyi olan şəxslərin Peşə- Əmək Reabilitasiya Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə
" Zəfər ətirli Novruzum" adlı konsertimiz və Kəlağayı Muzeyinin yaşı əsrlərə söykənən müasir və qədimi kəlağayıları, mərkəzin sakinlərinin, Güllü Eldar Tomarlının əl işlərindən ibarət sərgi oldu.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamladı, bayram münasibəti ilə təbrik etdi. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Söz mərkəzin
direktoru Rəhilə Həsrətovaya verildi. O, öz çıxışında novruz adət- ənənələrindən, mərkəzin sakinlərinin bacarıqlarından, onlara dövlətimizin qayğısından söhbət açdı.
Əməkdar Mədəniyyət işçisi, müğənni- aşıq Solmaz Kosayeva, müğənni Ziba Sevindik, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü Tərxanım Museyibqızı, Sankt- Peterburqdan gələn qonaq Firuzə xanım və mərkəzin üzvləri gözəl musiqi nömrələri ilə tədbir iştirakçılarına xoş ovqat bağışladılar.
Sonda Güllü Eldar Tomarlı media dəstəyi üçün Bakı Milli Televiziyasının rəhbəri və Azərbaycan Vətən Müharibsi Veteranları İctimayi Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin İqsadi məsələlər üzrə müdürü qazi İlham Rəsulzadəyə və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
Sazlı, sözlü, Zəfər ətirli Novruzumuz bütövlüyümüzü, birliyimizi təcəssüm etdirən yallı rəqsi ilə başa çatdı, Novruz tonqalı çatıldı. Hərə ürəyində bir arzu tutaraq tonqal üstündən keçdi.
Ağırrıxlar yox olsun,
Uğuruxlar yox olsun.
Addayın tonqal üstən,
Sevincimiz çox olsun.
Hiç yorum yok:
Yorum Gönder