Bu kadırları İmişli rayon YENİ BƏHRƏMTƏPƏ qəsəbəsi ərazisindən lentə almışıq.Bahar fəslinin gəlişinə sözügedən ərazidə yaşayan insanlara töhvə olaraq hədiyyələr əvəzinə onların xəstələnməsinə səbəb olan çirkab suları hədiyyə edirlər. Bu ərazi İmişli rayon ərazisi olsada tabeçiliy Füzuli rayon icra hakimiyyətinədi. Baxımsız qalan qəsəbə ərazində çirkab suları daşıyan kanallar vaxtı vaxtında Mənzil Kommunal Təsərrüfatı tərəfindən (JEK) təmizlənmədiyi üçün bu acı mənzərə ortaya çıxıb. Bu da insanların həyatı üçün təhlükə mənbəyindən başqa bir şey deyil. Özüdə çirkab su ilə dolu olan kiçik kanallar insanların yaşadıqları evlərin önündən keçir təbii ki, bu da qəsəbə sakinlərinin sağlamlıqlarını fəhlükədə qoyur.Bəs bu işə cavabdeh olan Yeni Bəhrəmtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin rəhbəri və ya qəsəbə KOMMUNAL TƏSƏRRÜFAT İstehsalat birliyinin rəhbəri Mir Vasif müəllimin işi nədən ibarətdir ki bu boyda qəsəbədə yaşayanların sağlamlığını təhlükədə qoyan bir mənzərəni görmürlər və ya görmək istəmirlər.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder