Martın 28-i "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İnformasiya Proqramları Studiyasının direktoru, jurnalist Vəli Əkbərin doğum günüdür. Mən 20 ildən çoxdur tanıyıram Vəli Əkbəri. O, yüksək ailə mədəniyyətinə malik, işgüzar və vətənpərvər insandır. Harda işləyibsə, kollektivin hörmətini qazanıb.
Dəyərli Vəli müəllim, doğum gününüzlə əlaqədar Sizi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Allah-Təala canınızı salamat, işlərinizi avand eləsin.Amin.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 28.03.2025.
Hiç yorum yok:
Yorum Gönder