Ucarda açıq ərazidə yanğın baş verdi - VİDEO


Ucar rayonunun Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verib.

Bakmiltv.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hiç yorum yok:

Yorum Gönder

Pages