Daxili işlər orqanlarında və Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmiş, istefada olan polkovnik- leytenant Rac Tahirovun mart ayının 24-də dünyaya göz açdığı gündür.
Daimi həyatın cətinliklərindən alınıaçıq və üzüağ çıxan -istefada olan polkovnik leytenant Tahirov Rac Nüsrət oğlunu doğum günü munasbətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyada və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rac qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik-leytenant Tahirov Rac Nüsrət oğlu 24 mart 1963- cı ildə Qazaxıstan Respublikasının Şimkənd vilayətində zəhmətkeş bir ailədə anadan olub.
Rac Nüsrət oğlu Tahirov 1980 -ci ildə Qazaxıstan Respublikasının Şimkənd orta məktəbini, 1990-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Qazaxıstan Respublikasının Karağanda vilayətində yerləşən Ali milis məktəbini bitirib.
1983- 1985- ci ildə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub .
1991-1994-ci illərdə Qazaxıstan Respublikasının Şimkənd vilayətində yerləşən DİN- in Polis İdarəsində müxtəlif vəzifələrdə, 1995 -2012-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin (DQBİ-nin) Mənəvi- pisxoloji hazırlığı şöbəsində və DQBİ-nin Növbətci xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Növbətci Xidmətinin rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində. şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisəıər, yanğınlar,təbii fəlakətlər və fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı istefada olan polkovnik- leytenant Tahirov Rac Nüsrət oğlu peşəkarlığı və humanistliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı ömrünün ən məhsuldar dövrünün 29 ildən çox xidmət yolunu Daxili İşlər orqanlarında və hərbi xidmətdə keçirib.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrin Veteranı” medallı medalı ilə
2.“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli ilə;
3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” 10 - illiyi , 90 illiyi və 95 -illyi yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAC!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
Polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder