Təbrik:Polkovnink -leytenat İlqar Nəsibov- 53



    İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi təcavüzkarlığı,sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, bədən tərbiyəsində  və idman  sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Ölkə və Avropa çempionu,  SSRİ İdman Ustası ehtiyatda olan polkovnik- leytenant  Nəsibov İlqar Fariz oğlunun mart ayının 6 -da dünyaya göz acdığı  gündür.

     

Polkovnik leytenant İlqar Nəsibovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda  və istefada olan zabitləri, onun doğmaları, əzizləri  və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu

  edib deyirlər,  İlqar qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 



 Qeyd edək ki, polkovnik leytenant Nəsibov İlqar Fariz oğlu 6 mart  1972- ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun  Həsənsu kəndində ziyalı bir  aildə anadan olub.


1988- ci ildə Nərimanov rayonunun 212 saylı tam orta məktəbini, 1994- cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində  və Din-in İdman cəmiyyətində keçirilən  bir çox təlim- metodiki toplanışlarda,hərbi və xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

 

Qeyd edək ki, «Hərbi Xidmətikeçmə Haqqında» Əsasnamənin müvafiq madəsinə əsasən 1993 -cü ildə Müdafiə Nazirinin əmri ilə Nəsibov İlqar Fariz oğluna ilkin leytenant hərbi rütbəsi verilib.


İlqar Fariz oğlu Nəsibov  1994- 2015 -ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində,  Füzuli, Xaçmaz rayonlarında  ( Yalama qəsəbəsində)   yerləşən hərbi hissələrində hərbi hisənin Fiziki hazırlıq və İdman rəisi,   Xəzər rayonunda yerləşən   Ali hərbi Məktəbdə Fiziki hazırlıq  və idman kafedrasının rəis müavini və rəisi ,Daxili Qoşunların Baş idarəsinin Qərgahında isə  Kəşfiyyat şöbəsinin baş zabiti vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət edib.


 Nəsibov İlqar Fariz oğlu 1976- 1994-cü ilərdə DİN-in (Dinamo) idman cəmiyyətində yunan roma güləşi üzrə məşğul olub. O, 4 dəfə Ölkə, 5 dəfə SSRİ,  1 dəfə Avropa , 3 dəfə  Beynəlxalq, dəfələrlə isə Daxili İşlər Nazirliyinin və Daxili Qosunlar Baş idarəsinin təşkil etdiyi yarışların qalibi və mükafatçısı olub.


 O, DİN- in (Dinamo) idman cəmiyyətində idmanla məşğul olduğu illərdə        Azərbaycan və SSRİ,   Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində xidmət etdiyi illər ərzində  isə DİN -in və Daxili Qoşunların Bas İdarəsinin yığma komandalarının  tərkibində olub.


 Daxili İşlər Orqanları və Daxili Qoşunların Bas İdarəsinin  hərbi hissələri və əlahiddə bölmələri  arasında bir çox idman üzrə hər il keçirilən yarışlarda  Daxili Qoşunların Baş İdarəsinin və xidmət etdiyi hərbi hissənin  yığma komandasınin iştirakını təmin etmək  üçün polkovnik- leytenant Nəsibov İlqar Fariz oğlu hazırladığı komanda  dəfələrlə birinci yerin qalibi və mükafatçısı olmuşdur.


 İlqar Nəsibov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


  Qanunvericiliklə müəyyən  olunmuş  qaydada Daxili Qoşunlara  həvalə  olunmuş  vəzifə və tapşırıqların  yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi  tədbirlərin keçirilmə yerlərində    ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər, və başqa fövqaladə  hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüquqi rejimin  təmin  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, idman sahəsində, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Gənclər və İdman Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin , DİN-in idman cəmiyyət sədrinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley  döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      


Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində,idman sahəsində və döyüş növbəsində xüsusi fəriqləndiyinə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


  1. «Qüsursuz xidmə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;


  1. «Azərbaycan  Respublikasının Silahlı Qüvvələrinin»  10-illiyi , 90-illiyi  və 95-illiyi yubley  medallarl ilə. 


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, İLQAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!



 Azərbaycan Respublikasının Silahlı  Qüvvələri və  Müharibə  Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages