Təbrik:Polkovnik Mehralı Şamxalov -68



  Daxili İşlər Nazirliyi  (DİN-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti olan,  yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi ilə seçilən ömrünün 35 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə  keçirmiş,  Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik    Şamxalov Mehralı Saleh oğlunun  mart ayının   10- da onun dünyaya  göz acdığı gündür.


Daimi həyatın bütün  cətinliklərindən alınıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik Şamxalov Mehralı Saleh oğlunu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin  zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan  zabitləri,doğmaları,əzizləri, yaxınları, iş və doyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mehralı müəllim  qoy yaşının üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Polkovnik Şamxalov Mehralı Saleh oğlu  10 mart  1957 -ci ildə Azərbaycan Respublikasının Zaqatala rayonun Köhnə Suvagil kəndində zəhmətkeş bir ailədə anadan olub.

1974 -cü ildə Zaqatala rayonunun Yeni Suvagil kənd orta məktəbi, 1984 -cü ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının LKGİ-nin 60 iliyi adına  Sankt-Peterburq ( Leninqrad) Ali Hərbi Siyasi məktəbini bitirib.O,Daxili Qoşunlarda müxtəlif vəzifələrdə  xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki  toplanışlarda,hərbi və xüsusi taktiki təlimlərdə,  müvafiq kurslarda,  seminar və konfranslarda fəal iştirak edib.

  Polkovnik Mehralı Şamxalov  1975-1977-ci illərdə SSRİ  Daxili İşlər Nazirliyinin Perm Vilayətinin Soliqansk şəhərində yerləşən hərbi hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə  manqa komandiri, 1977- 1991-ci illərdə isə  nəzarətçi, taqım komandiri, böluk komandirinin müavini vəzifələrində olub.

1992-  2010- cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin     Hacıqabul və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində, qərargah rəisinin  şəxsi heyətin qeydiyyatı və ucotu üzrə baş köməkcisi, alayın döyüş hazırlığı bölməsinin rəisi, Daxili Qoşunların Bas İdarəsində  isə Tərbiyə bölməsində, təşkilat - komplektləşdirmə şöbəsində  və döyüş hazırlığı idarəsində baş zabit,  təşkilat- komplektləşdirmə şöbəsinin rəisi  vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

1992-1984-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə    fəal iştirak edib.

M.Şamxalov Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində işinə məsuliyyətlə yanaşıb,peşəsini sevərək çalışıb.

Mehralı Şamxalov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi  və Din-in daxili qoşunların  döyüş xifməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinin dəqiq və sözsüz  yerinə  yetirilməsi işində şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçulara şəxsi nümünə  olmuşdır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin  kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,  yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində  kütləvi iğtişaşların  qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, mühafizədən  qacmış məhkumların və həbs edilmiş  şəxslərin axtarılmasınd və tutulmasında,  qanunsuz silahlı    dəstələrin    axtarışında,tutulmasında   və    zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə    vəziyyət və komendant saatı  zamanı hüquqi rejimin təmin edilməsində, mühüm dövlət obyektlərin, daxili işlər nazirliyiinin və hərbi hissənin  maddi-texniki təchizat anbarların və hərbi bazalarının mühafuzə  olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsindəüzərinə düşən    vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, Alı hərbi məktəb rəisi, diviziya və  hərbi hissə komandirləri tərəfindən əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, (pul mükafatları ilə) bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq  göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:

  1. Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medallı ilə;

  2. “Qüsursuz xidmətə görə”  1-ci, 2-c və 3 dərəcəli medallar ilə;

3.“SSRİ Silahlı Qüvvələrinin” 70 illiyi, ”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin”  isə 10-illiyi və 90-illyi  yubiley  medalları ilə.

 Azərbaycan Respublika Prezidentinin   6 may 2005 -ci il tarixli  803 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində,  hərbi  borcunu, xidməti   vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «Hərbi xidmətlərə ğörə » medalı ilə təltif edilib.

ÖMRUN UZUN, ÜRƏYİN  MÖHKƏM,  GÖZLƏRİN İŞİQLI OLSUN,  MEHRALI MÜƏLLİM …



 Azərbaycan Respublikasının Silahlı Qüvvələri  və Müharibə Veteranı Vətən Müharibəsi Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages