Daxili İşlər Nazirliyi Daxili Qoşunların həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi eləcə də bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən, ömürünün ən məhsuldar dövrünün 22- ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı, SSRİ İdman Ustası, Ölkə, Dünya və SSRİ çempionu- istefada olan polkovnik-leytenant Səfərəliyev Yaşar Mühəddin oğlunun mart ayının 6-da dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı və SSRİ İdman Ustası- istefada olan polkovnik leytenant Səfərəliyev Yaşar Mühəddin oğlunu doğum günü munasbətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Yaşar qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Səfərəliyev Yaşar Mühəddin oğlu 962 -ci ilin mart ayinin 6-da Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Oçamçira şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1977-ci ildə Bakı şəhərində 93 nömrəli orta məktəbi,1980-ci ildə Bədən Tərbiyəsi və İdman Texnikomunu, 1990-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. O, Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində eləcə də Azərbaycan yığma komandasının tərkibində olduğu ilər ərzində bir çox xüsusi və hərbi taktiki təlimlərdə, idman yarışlarında, metodiki təlim toplanışlarında,seminar və konfranslarda fəal iştirak edib.
Yaşar Səfərəliyev 1981- 1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Bakı və Moskva şəhərində yerləşən Mərkəzi Ordu İdman klubunda müddətlı həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Respublikasının nüharibə veteranı ustefada olan polkovnik- leytenant Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra 2005- 2011-ci illərdə Ataholdinq MMC Təhlükəsizlik Xidmətinin Baş direktoru vəzifəsində olub.2022-2023-cü illərdə Bakı Beynəlxalq Avtovağzalın inzibati binasının təhlükəsizlik xidmətinin rəsi vəzifəsində calışıb. Yaşar Səfərəliyev hal- hazırda Bakı şəhərində yerləşən özəl təhlükəsizliy xidmətlərin birinin rəisi vəzifəsində işləyir.
Polkovnik- leytenat Yaşar Səfərəliyev 1985- 1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı şəhərində yerləşən Mühafizə Alayında və Diviziyasında əməliyyat axtarış üzrə müvafiq vəzifələrdə işləyib. 1992-1999-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində fiziki hazırlıq və idman rəisi ,2000- 2005-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin qərargahında fiziki hazırlıq və idman rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir .
Səfərəliyev Yaşar Mühəddin oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində ) gedən döyüşlərdə fəal iştirak Azərbaycan Respublikasının nüharibə veteranıdır.
Azərbaycan Respublikasının müharibə veteranı- polkovnik- leytenant Yaşar Mühəddin oğlu Səfərəliyev Sambo (Cüdo) üzrə 17- dəfə Ölkə çempionatının , 5dəfə SSRİ çempionatının, 3 -dəfə Dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı olub. O, 2007- ci ildə Yunanıstanda Sambo üzrə keçirilən Dünya çempionatında 1 -ci yeri , 2010 — cü ildə isə Cudo üzrə Moskvada şəhərində güc strukturları arasında keçirilən yarışda 3-cü (üçüncü) yeri tutmuşdur.Yaşar Səfərəliyev 1996 -cı ildə Marofon qaçışı üzrə Güc strukturları arasında Yünanstanda keçirilən yarışda iştirak edən DİN-in Daxili Qoşunların komandasının rəhbəri olmuşdur.
Yaşar Səfərəliyev Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində və Qərargahında Fiziki hazırlıq və İdman rəisi vəzifəsində xidmət etdiyi illər ərzində fiziki hazırlıq üzrə müasir tələblərə uyğun müvafiq təlimatların, əsasnamələrin, əmirlərin, metodiki vəsaitlərin hazırlanmasında,hərbi hissələrin və tədris mərkəzlərin isə lazımı idman avadanlıqları və idman əmlakları ilə təchiz edilməsində xüsusi rolu olmuşdur.
Güc strukturları və daxili işlər orqanları arasında bir çox idman növü üzrə hər il keçirilən yarışlarda Daxili Qoşunların Baş idarəsinin yığma komandasınin iştirakını təmin etmək üçün polkovnik leytenant Yaşar Səfərəliyev hazırladığı komanda dəfələrlə birinci yerin qalibi olub, müvafiq diplomlarla və kuboklarla təltif edilib.
Yaşar Səfərəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və ketləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, axtarışda olan şəxslərin eləcə də qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,idman sahəsində, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Gənclər və İdman Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə, pul mükafatları ilə, dəfələrlə, diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə,təlimlərdə, xüsusi əməliyyatlarda, fiziki hazırlıq və idman sahəsində, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif olunub:
1.«Qüsursuz xidmətə görə » 1ci, 2-ci və 3-cü dərəcəli medallarlar ilə;
2.«SSRİ Silahlı Qüvvələrinin» 70-illiyi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” isə 10-iliyi yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, YAŞAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder