Yüksək peşəkarlığı humanistliyi, xeyirxahlığı,
İşgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Respublikasının müharibə veteranı,istefada olan polkovnik - leytenant İmanov İnqilab Adil oğlunun mart ayının 5- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı -istefada olan polkovnik- leytenant İmanov İnqilab Adil oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları ,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, İnqlab qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İmanov İnqilab Adil oğlu 1963-cü illin mart ayının 3-də Nefitçala rayonun Astanalı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1980 -ci ildə Nefitçala rayonunda A.Cəfərov adına Astanalı kənd tam orta məktəbi, 1988- ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti),1992-ci ildə isə Daxili İşlər Nazirliyi ( DİN-in) Daxili Qoşunlarının Əlibayramlı (indiki Şirvan) şəhində yerləşən tədris alayında gənc zabitlərin ixtisasartırma kursunda olub.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodik toplanışlarda,xüsusi və hərbi taktiki- təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
İnqilab Adil oğlu İmanov 1981 -1983- cü ilərdə SRRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1988-1990-cı illərdə Gəncə şəhər Avtomobil Zavodunda mühəndis, 1991- 1992-ci illərdə isə Xırdalan şəhərində Səyyar Tikinti İdarəsində iş icrası vəzifəsində işləyib.
1993 -cü ilin yanvar ayından 2013- cü ilin dekabr ayının sona kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Füzuli, Binəqədi, Nərimanov rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrdə taqım komandiri, mənzil-istismar xidmətinin rəisi , hərbi hissə komandirinin maddi -texniki təminat xidməti üzrə müavini , Daxili Qoşunların Bas İdarəsinin təmiri-tikinti şöbəsində baş zabit, Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsinin mənzil istismar xidmətində baş zabit və həmin xidmətin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
İmanov İnqilab Adil oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.
Polkovnik- leytenant İnqilab İmanov Daxili Qoşunlarda xidmət etdiyi dövrlərdə özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasınında ,dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:
«Qüsursuz xidmətə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;
« Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin» 10-illiyi , 90-illiyi və 95-illiyi yubley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN İNQİLAB!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə
Veteranı polkovnik
Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder