İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən, ömrünün 27 ildən çoxunu hərbi xidmətə həsr etmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı- istefada olan mayor Zöhrab Məcid oğlu Əziyevdir. Mart ayının 18-də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanların alını açıq və üzüağ çıxan-istefada olan mayor Əziyev Zöhrab Məcid oğlunu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zöhrab qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Əziyev Zöhrab Məcid oğlu 18 mart 1963 -cü ildə Quba rayon Xucbala kəndində zəhmətkeş bir ailədə anadan olub.
1979-cu ildə Quba rayon Xucbala kənd orta məktəbin 8-ci sinifini,1982-ci ildə Quba rayon kənd təsərrüfatı peşə məktəbi ni, 1984-cü ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının gizirlər məktəbini, 1994-cü ildə Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Novosibirsk vilayətində yerləşən ali komandirlər məktəbini bitirib.
Zöhrab Məcid oğlu Əziyev 1982- 1984-cü illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Çelyabinski vilayətinin Zlotous şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1984-2000-ci illərdə SSRİ və Rusiya Daxil İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb.
2000-2010 -cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sumqayıt şəhərində,Xətai və Quba rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri, hərbi hissənin qərargah rəisinin köməkçisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Zöhrab Əziyev hal- hazırda Xacmaz rayon Xalq Bank Təhlükəsizlik xidmətində işləyir.
Mayor Zöhrab Əziyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq ixtisasartırma və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib .
Z.Əziyev DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Zöhrab Məcid oğlu Əziyev Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Mayor Zöhrab Əziyev döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin,Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 90 illiyi
yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZÖHRAB!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə
veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder