Təbrik:Mayor Ümüdvar Məmmədov- 57




Daxili İşlər  Nazirliyi (DİN-in) Daxili Qoşunlarının  həyatında öz dəst-xətti olan, peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş- istefda olan mayor Məmmədov Ümüdvar Məmməd oğlunun mart ayının 10-da dünyaya göz acdığı gündür.Dami həyatın  bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan, Ünüdvar Məmmədovu belə bir gün münasibətilə  Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ümüdvar qoy  yaşının üstə gələn bu yaş da  sizə sevinc dolu günlər bəxş etsin,  hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Mayor Məmmedov Ümüdvar Məmməd oğlu 10 mart 1968-cı ildə Lerik Rayonun Qəlbin kəndində zəhmətkeş bir ailədə  anadan olub.

1985-ci ildə Lerik Rayonun Veri kənd orta məktəbi, 1995-ci ildə Azərbaycan Dövlət Iqtisadiyyat Universitetini, 1999-cı ildə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsininn   Xəzər rayonunda yerləşən təlim -tədris   mərkəzində zabitlərin hazırlığı, 2001 -ci ildə ildə isə Türkiyə Respublikasının Jandarma  Quvələrində partlayıcı madələrin və qurğuların zərərləşdirliməsi kursularını bitirib.O, Daxili Qoşunlarda xidmət etiyi ilər ərzində Daxili Qoşunların Baş İdarəsində  vı  hərbi hissələrində keçirlən bir çox təlim- metodiki  toplanışlarda,  hərbi və xüsusi  təlimlərdə, seminar ve konfraslarda fəal  iştirak edib. 

1986- 1987 -ci ildə Sovet ordusunda müddətli həqqi hərbi xidmətə olub. 

1998 -2016 -ci ildə Daxili Qoşunların Baş İdarəsinin Fizuli , Xətai, Sabunçu və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, mühəndis və kimya xitmət rəisləri vəzifələrində Vətənə, dövlətə, xalqa sədaqətlə xitmət etmişdir.


Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində  öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə  yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin olunmasında,  yaşayış məntəqələrində  və cəzacəkmə  müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında,qəzalar,yanğınlar,bədbəxt  hadisələr,təbii fəlakətlər və  başqa fövqəladə hallar , habelə fövqəladə vəziyyət  və komendant saatı zamanı hüquqi rejim qaydalarına əməl ovunmasında,Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.


Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, hərbi hissə komandiri tərəfindən  əla xidmətlərə görə əlacı  və yubiley döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti rezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri aşağıdakı medallarla təltif olunub:

1.“Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medallar ilə;

2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10-illiyi, 90 illiyi və 95-iliyi yubley
medaları ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÜMÜDVAR!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN.

 Azərbaycan  Respublikasının Silahlı Qüvvələri və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages