Təbrik:Mayor Namiq Mürsəlov-45


Yüksək hərbi peşəkarlığı, hümanistliyi, prinsiplərinə sadəliyi və vətənpərvərliyi ilə seçilən,  ömrünün ən  məhsuldar dövrünün 20 il şərəfli xidmət yolunu hərbi xidmətə  həsr etmiş-ehtiyatda olan  mayor   Namiq Xəlil oğlu Mürsəlovun mart ayının 3 də onun 45 yaşı tamam olur.


 Mayor Mürsəlov Namiq Xalil oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili    İşlər Nazirliyinin (DİN-in)  zabitlər birliyinin üzvləri,DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan  zabitləri, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər arzu     edib deyirlər, Namiq  qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


Mayor  Mürsəlov Namiq Xəlil oğlu  03 mart 1980 -ci ildə anadan olub, əslən Xaçmaz rayonundandır.

1997 -ci ildə Xaçmaz rayonunda 1(bir) saylı orta məktəbi, 2002- ci ildə,Heydər Əliyev Adına Ali Hərbi Məktəbi,2003-cü ildə Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində, hərbi hissələrində və Xarici ölkələrdə keçirilən  kuruslarda,hərbi  və xüsusi taktiki təlimlərdə,təlim metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.

Namiq Mürsəlov  2002- 2018 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Binəqədi və Xəzər rayonlarında  yerləşən hərbi  hissələrdə və  ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri və baş müəllim vəzifəsində   Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.Hal -hazlrda Bakı şərərində özəl şirkətlərin birində calışır.

Namiq Mürsəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Mayor Namiq Mürsəlov  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin,  hərbi  və daxili qoşunların döyüş xidməti nizamələrinin   tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.


Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və  tapşırıqların yerinə yetirilməsində,inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində    ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalada hallar, habelə fövqaləda vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində , dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin , təlim -tədris mərkəz rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı,  yubley və idman dərəcəsi döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Döyüş hazırlığındakı əla göstəricilərə , təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində   xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti adından aşağıdakı medallarla təltif edilib:


1.“ Qüsursuz xidmətə görə” 1ci, 2-ci və 3-cü  medallar ilə;


2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin”   90 və 95 iliyi yubiley medalları təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages