Təbrik:Mayor – Elnur Haqverdiyev- 44


Peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 20 ildən çox şərəfli hərbi xidmət yolunu, Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında  müxtəlif vəzifələrdə keçirmiş- ehtiyatda olan mayor Haqverdiyev Elnur Əzizxan  oğlununmart ayının 10-da  dünyaya göz acdığı  gündür.

 Belə bir əlamətdar gün münasibətilə mayor Haqverdiyev Elnur  Əzizxan  oğlunu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elnur qoy yaşının üstə gələn bu yaş  da sizə  sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

 Haqverdiyev Elnur Əzizxan  oğlu 10   mart 1981 -ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə  anadan olub.

1998-ci ildə Bakı şəhər  Cavid Hüseynov adına 132  nömrəli  tam orta məktəbi, 2002-ci ildə Azərbaycan Texniki Universitetin   cihazqayırma  fakultəsini bitirib.

 Elnur Əzuzxan oğlu Haqverdiyev  2002- 2003-ci illərdə Daxili işlər nazirliyi  Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissədə  müddətli həqiqi hərbi xidmətdə olub.

2003-2022-cü illərdə  Daxili Qoşunların hərbi hissələrində  ATS emalatxana rəisi,  taqım komandiri, bölük  komandirinin tərbiyəvi işləri üzrə müavini, mühafizə  bölüyün  komandiri, tədris bölüyün komandiri, tabor komandirinin  tərbiyəvi işlər üzrə müavini, hərbi hissənin   silah xidməti rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. 2022 ci ilin aprel ayında öz arzusu ilə  xəstəliyinə  görə  Silahlı Qüvvələrdən  ehtiyata  buraxlıb.

Mayor Elnur Haqverdiyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq ixtisasartırma   və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki  toplanışlarda, hərbi  və xüsusi taktiki  təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib 

Elnur Haqverdiyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.

Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində,  yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda  hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Öz  xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, dəfələrlə fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.


Elnur Haqverdiyevdöyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarlarla təltif olunub:


1. “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

 2. “Az Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” 90 iliyi və 95 illiyi
yubiley medalları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELNUR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages