Təbrik:Kapitan Zaur Vahidov-57




Bu gün silahdaşlarmızdan bir olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Şirvan şəhər şöbəsinin sədri- istefada olan kapitan Zaur Vahidovun mart ayının  7 -də dünyaya göz acdığı  gündür.


Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan kapitan Vahidov Zaur Əlsafa oğlu 1968-ci ilin   mart ayının  7 -də (indiki Şirvan)  Əlibayramlı  şəhərində zəhmətkeş bir ailədə  anadan olub.

1985-ci ildə Əlibayramlı  (indiki Şirvan)  şəhər orta məktəbi, 1997- ci ildə Əlibayramlı  ( indiki Şirvan) şəhər Sənaye Texnikomunu, 1998-ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı  İdarəsinin Xəzər rayonunda  yerləşən təlim -tədris  mərkəzində  zabitlərin hazırlığı kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki toplanışlarda, hərbi və xüsusi təlimlərdə, seminar və konfranslarda iştirak edib. Zaur Vahidov hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Respublikasının  Jandarma Qüvvələrinin Ankara, İstanbul və Izmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbı məktəblərində işgüzar səfərdə olmuşdur.

1986- 1988- ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının  Permski şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.

1988-1992-ci illərdə Şirvan Əlbayramlı ( indiki Şirvan) şəhərində yerləşən Cihazqayırma zavodunda müvafiq vəzifələrdə işləyib.

1992- 2012 -ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş  İdarəsinin Şirvan (Əlbayramlı) şəhərində  Lənkəran  və  Hacqabul rayonunda yerləşən əliyyat və tədris hərbi hissələrində taqım  komandiri, böluk komandirinin müavini, təminat bölüyün komandiri,  kicik mütəxəsislər hazırlayan tədris böluyün komandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.2022 -ci ilin oktyabr ayından  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyin (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri vəzifəsindədir.

Kapitan Zaur  Vahidov Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azerbaycanın ərazi bütövlüyü uğrunda  ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal  iştirak edib.Azərbaycan Respublikasının müharibə veteranıdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı  yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, hərbi hissə komandiri tərəfindən əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edilib,  bir çox  fərmanlarla  və qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət və ictimai vəzifələrini  eləcə də hərbi hissənin  qarşısında qoyulmuş  tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə,  hərbi  xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə   aşağıdakı medallarla təltif edilib:

1.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal  ilə-Silahlı Qüvvələrdə   20 təqvim ili xidmətə görə;

2. “ Qüsursuz xidmətə görə” 2-ci  dərəcəli medal ilə-Silahlı Qüvvəıərdə 15 təqvim ili xifmətə görə;

3.“ Qüsursuz xidmətə görə” 3-cü dərəcəli  medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.“Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 10 illiyi  (1991-2001)” yubiley medalı ilə;

 5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin    90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6. “Milli Ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə;

7.”“Böyük Zəfər” medalı ilə;

8. “Azərbaycan Müharibə Veteranı” medalı ilə;

9. “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin  25 illiyi (1994-2019)” yubiley medalı ilə.

Kapitan Zaur Vahidovu 7 mart  doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Azərbaycan Vətən Müharibəs Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyəti,  Bakmiltv info- saytının kollektivi səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı və uzun ömür , ictimai fəaliyyətində isə yeni uğurlar arzulayır.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZAUR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev 


Hiç yorum yok:

Yorum Gönder

Pages