Təbrik:Kapitan Mahir Səttdarov -52



İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə Azərbaycan Respublikasının müharibə veteranı, ehtiyatda olan kapitan Səttarov Mahir Mikayıl oğludur. Mart ayının 10 - da onun dünyaya göz acdığı gündür.


 Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyin  üzvü- ehtiyatda olan kapitan Mahir Mikayıl oğlu Səttarovu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doömaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, şəxsu həyatında  və işlərində yeni-yeni uğurlar arzulayıb deyirlər, Mahir qoy  yaşının üstə gələn bu yaş da sizı sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


 Kapitan Səttarov Mahir Mikayıl oğlu 1973-cü ilin mart ayının 10-da Azərbaycan Respublikasının Bakı şəhərində zəhmətkeş  ailədə anadan olub.

1991-ci ildə  Xətai rayon 261 saylı orta məktəbi, 1995-ci ildə Bakı Plan-İqtisad Texnikumun təftişçi fakultəsini, 1999-cu ildə Azərbaycan Respublikası DİN-in  Daxili Qoşunların  Baş İdarəsinin  döyüş hazırlığı idarəsinin  Xəzər rayonunda yerləşən  tədris- mərkəzindı zabitlərin təhkimləşdirmə  (ixtisas artırma) kursunu «əla» qiymətlərlə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən   bir çox  təlim- metodiki  toplanışlarlarda,hərbi və xüsusi təlimlərdə, seminar və konfranslarda  iştirak edib.

«Hərbi Xidməti keçmə Haqqında» əsasnamənin müvafiq maddəsinə  əsasən 1999-cu  ildə  Səttarov Mahir Mikayıl oğluna Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinə əsasən ilkin  kiçik- leytenant hərbi rütbəsi verilib.

Mahir Səttarov 1994-2012-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin kadırlar şöbəsində müxtəlif vəzifələrdə, Daxili Qoşunların  hərbi hissələrində (hərbi hospitalında) isə qərargah  rəisinin köməkçisi, inzibati bölmənin rəisi, qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Kapitan Mahir Səttarov peşəkarlığı, humanistliyi və sadəliyi  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirib.

Mahir Mikayıl oğlu Səttarov Azərbaycan Ordusunun tərkibində müddətli həqiqi hərbi  xidmətdə olduğu illər zaman  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin  təmin edilməsində,  yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi   iğtisasların qarşısının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant  saatı zamanı hüquqi rejim qaydalarına əməl olunmasında, Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Kapitan Mahir Səttarov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əli açıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri,  təlim- tədris mərkəz rəisi, hərbi hissə komandiri (hospital rəisini) tərəfindən  əlacı və yubiley döş nisanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı  əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri aşağıdakı  medallar ilə təltif olunub:

1.“Qüsursuz xidmtə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;

2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin”  10-illiyi və 90-illiyi yubiley  medalları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


 BÜTÜN ARZULARIN ÇİN OLSUN! 


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.


 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı

Hiç yorum yok:

Yorum Gönder

Pages