Təbrik:Kapitan Cəfər Müzəffər ov- 51


    

Silahdaşlarmızdan  biri olan, peşəkarlığı, humanistliyi,İşgüzarlığı, vətənpərvərvərliyi, səmimiyyəti, səmərəli fəaliyyəti, vətənpərvərliyi və  sadəliyi ilə   seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- ehtiyatda olan kapitan  Cəfər Müzəffərovun mart ayında 51 yaşı tamam olub.

      

Daimi imtahanlarından alnıaçıq və üzüağ çıxan-ehtiyatda olan kapitan Cəfər Müzəffərovu mart ayında 51 yaşının tamam olması  münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) zabitlər birliyinin üzvləri, Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,  doğmaları, iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Cəfər qoy yaşının üstə gələn bu yaş da  sizə  sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      

Kapitan  Müzəffərov Cəfər  Mübariz oğlu 1974 - cü ilin  mart  5-də Naxçıvan  Muxtar  Respublikasının  Naxçıvan şəhərində  zəhmətkeş bir  ailədə anadan olub.


1991-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbi,1999-cu ildə Daxil Qoşunların gizirlər məktəbini (fərqlənmə ilə),2004-cü ildə Gəncə şəhər Kənd Təsərrüfatı akademiyasını, 2005-ci ildə isə  DİN-in Daxili Qoşunların zabitlərin hazırlığı kurslarnı (əla qiymətlərlə) bitirib.


1992-1996-cı illərdə Azərbaycan Ordusunun Naxcvan Muxtar respublikasında yerləşən əlahiddə korpusda müddətli həqiqi hərbi xidmətdə olub.

  C.Müzəffərov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

      

     

1999-2015-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsənin Naxcıvan şəhərində  yerləşən əlahiddə  hərbi hissədə   müxtəlif vəzifələrdə  Vətənə,dövlətə  və xalqa sədaqətətlə xidmət edib.

       Qanunvericiliklə müəyyən edilmiş qaydada  Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində  baş vermiş kütləvi  iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində,dövlətətin ərazi bütövlüyünün təmin  olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

       

Kapitan Cəfər Müzəffərov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

  

      

İş və döyüş cü yoldaşları  Cəfər Müzəffərovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər.Cəfər Müzəffərovistər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

      

Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların   məktəb  rəisinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə  bir sıra  medallarla (“Qüsursuz xidmətlərə görə” 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin”  isə 10 illiyi və 90 illiyi yubiley medalları ilə) əlacı  və yubiley yubiley döş  nişanları ilə ,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edlib.


CƏFƏR  YENİ  YAŞIN MÜBARƏK OLSUN !!!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Azərbaycan Respublikasının  Silahlı  Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages