Təbrik: Yusif Hacıyev



  Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı-istefada olan polkovnik- leytenant Hacıyev  Yusif  Yusif oğlunun “Böyük Zəfər” medalı ilə təltif olunub.


Qeyd edək ki,Azərbaycan Respubilkasının  Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik- leytenant  Hacıyev Yüsif Yusif oğlu 26 sentyabr 1968-ci ildə  Gəncə şəhərində peşəkar hərbiçi ailəsində anadan olub. (əslən Tovuz rayonundandır)

     

O,1985-ci ildə Xırdalan şəhərində 2 nömrəli məktəbi, 1989-ci ildə  SSRİ Müdafiə Nazirliyinin Volski arxa cəbhə  xidmtləri üzrə ali hərbi məktəbi  bitirib.

   

Polkovnik -leytenant  Yusif Hacıyev 1989-ci ildən 1991-ci ilə kimi Sovet Ordusunun Ukrayna və Qazaxıstan Respubilikalarında və Saratov şəhərində yerləşən hərbi hissələrində hərbi hissənin ərzaq və (geyim) əşya xidmət rəisi vəzifələrində olmuşdur.

    

1992-ci  ilin yanvar ayından - 2016-cı  ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Hacıqabul və Xəzər  rayonlarında,  yerləşən hərbi hissələrində  və alı hərbi məktəbində döyuş hazırlığı bölmə rəisinin müavini, hərbi hissə komandirinin arxa cəbhə xidməti üzrə miavini, müəllim, Daxili Qoşunların Bas İdarəsinin maddi -texniki təminat idarəsində əşya  (geyim)   xidmətinin  baş zabiti  və xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyasında isə baş inspektor vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

   

Yusif Hacıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

    

 Hacıyev Yusif Yusif oğlu Qanunvericiliklə müəyyən  olunmuş qaydada  Daxili Qoşunlara  həvalə  olunmuş   vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyətli obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizə olmasında, şəhərlərdə, yaşayış məntəqələrində və   kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində   kütləvi iğtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt  hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant) zamanı hüquqi rejimin təmin olunmasında eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlar istiqamətində  gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.


 O,öz tabeliyində olanlara və digər hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində daimi nümünə olmuşdur.

    

Polkovnik- leytenant Hacıyev Yüsif Yusif oğlu Daxili Qoşunların Baş İdarəsinində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində zabitlərlə, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularla komandir hazırlığı üzrə, hərbi hissə komandirləri və onların müavinləri ilə, hərbi hissələrin əşya xidmət rəisləri ilə, böluk komandirləri ilə, bölüyün baş cavuşları ilə, anbar rəisləri ilə planlaşdırılmış məşğələlərin, taktiki və nümnəvi göstəricil təlimlərin və metodiki təlim toplanışlarının yüksək səviyyədə keçirilməsi istiqamətində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

 O, DİN-in Daxili Qoşunların Baş İdarəsin İnispeksiyasının  yarandığı gündən  İnspeksiyada baş inspektor vəzifəsində uzun müddət xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin idarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnispeksiya  (yekun,təlim,ümümi və qəflətən) yoxlamaların keçirilməsi üzrə müasir tələblərə uyğun lazımi hüqüqi normativ aktların (sənədlərin) hazırlanmasında, yoxlamaların isə obyektiv aparılması, düzgün qiymətləndirilməsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

     

 Yusif qorxmaz, insanpərvər, saxavətli, əliacıq, vəfalı bir zəhmətkeş baş zabitdir. O, istər təhsil aldıgı orta və ali hərbi məktəb illərində, istərsədə xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba  arasında özünə layiq hörmət qazanmışdır.

 

  Azərbaycan Respublikasının  Müharibə və Silahlı Qüvvələr Veteranı-    istefada olan polkovnik-leytenant  Yusif Hacıyev xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, idarə (xidmət) və  təhsil aldıgı ali hərbi məktəb rəislərinin,hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir cox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     

Öz xidməti vəzifələrini , hərbi hissə  və  inspeksiya qarşısında qoyulmuş tapşırıqları yernə yetirərkən  fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə  SSRI Ali Soveti və Azərbaycan Respublikasının  Prezidenti adından Daxılı İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub: 


1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;



2.“SSRİ  Silahlı Qüvvələrinin  70-illiyi (1918-1988)”yubiley medalı ilə;


3."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  10-illiyi (1991- 2001)”  yubiley medalı ilə;


4.“Azərbaycana Respubilkasının 90-illiyi (1918-2008)" yubileyi medalı ilə;


5.“Azərbaycan Respubilkasının 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;


6."Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  20 təqvimi ili xidmətə görə;


7.“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


8.“Qüsursuz xidmətə görə" 3-cü  dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.


Polkovnik-leytenat Hacıyev Yusif Yusif oğlunu “Böyük Zəfər” medalı ilə təltif edilməsi münasibətilə  Daxili İşlər Nazirliyinin zabitlər  birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (hərbi vəzifəliləri), doğmaları , əzizləri  və yaxınları səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik,ailə səadəti, fəaliyyətində isə uğurlar arzulayır.



Azərbaycan Respubilkasının  Silahlı  Qüvəllər Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages