Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, iradi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, qayğıkeşliyi, dəqiqliyi, təmkinliyi və mənəvi keyfiyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı ehtiyatda olan Rzayev Novruz Mursəl oğlunun mart ayının 21-də dünyaya göz acdığı gündür.
Novruz Rzayevi belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı arzulayırlar.
Rzayev Novruz Mursəl oğlu 1972 - ci ildə mart ayının 21-də Azərbaycan Respubilkasının Səbirabat rayonunun Cöl Beşdəli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1989 -cü ildə Səbirabad rayonun Cöl Beşdəli kənd orta məktəbi, 1997-ci ildə DİN-in Daxili Qoşunların Baş İdarəsinin doyuş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim - tədris mərkəzində ixtisas artırma kursunu, 2001-ci ildə Neft-Energetika kollecini bitrib. Novruz Rzayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafuq ixtisasartırma kurslarda, təlim -metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, semnar və konfranslarda fəal iştirak etmişdir.
1990-1991 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.1992-2010- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə Dövlətə, xalqa və xətənə sədaqətlə xidmət etmişdir.
Novruz Rzayev Azərbaycan Respubilkası Konustitusiyasına və qanunlarına, Hərbi Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümünə olmuşdur.
Baş -leytenat Novruz Mursəl oğlu Rzayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyi azirliyi Daxili Qoşunlarına həvalə olunmuş, vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal içtirak edib. Azərbaycan Respublikasının müharibə veteranıdır.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, diplomlara, qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) və 90 illiyi (1918-2008)” yubiley medaları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NOVRUZ!
100 YAŞA SAĞLAM YAŞA
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder