Təbrik: Natəvan Xəlilova




İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata  gəldiyi gündür.Belə insanlardan biridə  peşəkarlığı,  vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən,     Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin maliyyə- plan şöbəsində   şərəfli  xidmət yolu keçmiş- ehtiyatda  olan  gizir Xəlilova Natəvan Bəyverdi qızıdır.Mart ayının 14- da  onun 49 yaşı tamam olur.


Daim həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Natavan xanımı belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının hərbi vəzifəliləri, iş yoldaşları, doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər, Natavan xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc  dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

   

Yüksək nufuz sahibi olan, Daxili Qoşunların Baş İdarəsində xidmət etdiyi illər ərzində kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan  1-ci qrup   əlil  Xəlilova (Quliyeva) Natəvan Bəyverdi qızı 1976- ci ilin  mart  ayının 14- də  Bakı şəhərində zəhmətkeş bir  ailədə  anadan olub, Əslən Lənkəran şəhərindəndir.

 

Natəvan Xəlilova 1993 -cü ildə Bakı şəhər 265 nömrəli tam orta məktəbi, 1995-ci ildə isə  Bakı şəhər Maliyyə İqtisad Texnikomu nu  bitrib.  

    

Hər zaman həyatda layıqlı yer tutmağa canatmış, yüksək uğurlar qazanmış, vətənpərvər Natəvan Bəyverdi qızı Xəlilova 1996 - 2008 - ci illərdə  DİN-in Daxili Qoşunların Baş İdarəsinin maliyyə və plan şöbəsində Dövlətə vətənə  və xalqa sədaqətlə xidmət edib.Xəstəliyinə görə  Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılıb.


Torpağına, xalqına bağlı gözəl xanım  gizir Natəvan Xəlilova Daxili Qoşunların Baş İdarəsində  xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.Natəvan xanım işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.


 Natəvan xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.


 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Xəlilova Natəvan Bəyverdi  qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox   həmkarları və iş yoldaşları

 üçün nümunə olmuşdur.

  

 Xəlilova Natəvan Bəyverdi qızı öz  xidməti vəzifələrini yerinə yetirərkən   fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə   əlacı və yubiley döş nişanları ilə  təltif olunub,dəfələrlə fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:


1.“Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;


2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 illiyi (1991 -2001)”  yubiley medalı ilə; 


5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.


NATƏVAN XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.


BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...

 

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages