Azərbaycan Respublikasının Silahlı Qüvvələrində öz dəst- xətt olmuş, yüksək peşəkarlığı, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı,
dəyərli dostumuz,
çox hörmətli soydaşımız,
əziz və sevimli qardaşımız,
istefada olan mayor Paşayev Zal Paşa oğlunun mart ayının 21-də
doğum günüdür.
Daha doğrusu,Yubileyidir!..
Anadan olmasının
60 illik yubileyi!..
Yubileyiniz mübarək,
əziz və dəyərli
Zal müəllim!...
Paşayev Zal Paşa oğlu hərbçi,mayor
(21.03.1965)
Mayor Zal Paşa oğlu Paşa oğlu
1965-ci ilin mart ayının 21-də
qədim Borçalı mahalında -
indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Dəllər (“Muşevani”) kəndində zəhmətkeş bir ailədə
anadan olub.
O, 1982-ci ildə Bolnis rayonun Dəllər (“Müşevani”) kənd orta məktəbini,1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Özbəkistan Respublikasının Səmərqənd vilayətində yerləşən Ali hərbi avtomobil komandirlər məktəbini bitirib.
1986-ci ildən 1991-ci ilə kimi SSRİ Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Leninaqan şəhərində, Əfqanıstanda, Gürcüstan Respublikasının Ağ -Bulaq ulaq (“Tetri-sxaro) rayonunda və Marneuli şəhərində yerləşən hərbi hissələrdə və hərbi komissarlığda taqım komandiri, bölük komandiri və bölmə rəis vəzifələrində çalışıb.
1992-2000-cu illərdə Müdafiə Nazirliyinin 1-ci və 4-cü korpuslarında kadrlar bölməsinin rəisi, Hava Hücumundan Müdafiə və Hava hücumu qoşunlarının kadrlar şöbəsinin rəisi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Zal Paşayev təqaüdə çıxandan sonra 2001-2013 kimi Müdafiə Nazirliyinin müvafiq strukturlarında müxtəlif hərbi vəzifələrdə işləyib.
O, hərbi xidməti ilə əlaqədar bir neçə medal və fəxri fərmanla təltif olunmuşdur.
Əfqanıstan və Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Paşayev Zal Paşa oğlu hazırda təqaüddədir. O, gözəl ailə başçısı və xeyirxah insandır.
Paşayev Zal Paşa oğlunun
anadan olmasının 60 illik yubileyi günü münasibətilə onu, doğmaları, əzizləri, nəvələri, yaxınları, hərbçi dostları və iş yoldaşları
ürəkdən təbrik edirik,
ona uzun ömür, möhkəm çansağlığı,
ailə səadəti, nəvə-nəticə toyu görməyi
arzulayır!
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN ZAL MÜƏLLİM !
100 YAŞA SAĞLAM YAŞA.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharubə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder