Təbrik: Mayor Vurğun Kamilov-59



 Daxil İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikasının 2-ci qrup Qarabağ müharibə  əlili-istefada olan mayor Vurğun  Kamilovun  mart ayının 12-də 62 yaşı tamam olur.

 Mayor  Kamilov Vurğun Xankişi oğlu 1963-cü illin  mart ayının 12- də  Azərbaycan Respublikasın Şamaxı (indiki  Qobustan) rayonun  Şündü kəndində zəhmətkeş bir ailədə anadan olub.

1980-ci ildə Şamaxı  (indiki Qobustan) rayonun  Şündü kənd orta məktəbini, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya və biologiya fakültəsinin bitirib.


 Mayor V. Kamilov Daxili Qoşunlarda xidmətdə olduğu illərdə Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- təlim metodiki toplanışlarda,nümnəvi -göstərici məşgələlərdə, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib


 1992-1998-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  Ağdam, Ağdərə, Füzuli  və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində   bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, tabor komandirinin tərbiyəvi işləri üzrə müavini, tərbiyə bölməsinin rəisi- baş təlimatçı  və hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini əvəzi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.


 V.Kamilov Daxili Qoşunların Nərimanov rayonunda yerləşən hərbi hissədən xəstəliyinə görə  Silahlı Qüvvələrə ehtiyata buraxılıb.


1999-cu ildən etibarən Abşeron rayonun  Aşağı Güzdək qəsəbə tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışır.


O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş və yaralanmışdır. 

Əsli vətəndaşlıq mövqeyi ilə seçilən, Vurğun  Kamilov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və taışırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində ,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı  hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

Kamilov Vurğun Xankişi oğlu
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və digər təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış,qohum - əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinləri, və hərbi hissə komandiri  tərəfindən pul mükafatları ilə, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri,Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, (hərbi vəzifəliləri), onun doğmaları, əzizləri və yaxınları mayor  Vurğun Xankişi oğlu  Kamilovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayır.

Vurğun müəllim doğum günün mübarək olsun!!!

  

100 yaşa, sağlam yaşa.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı

polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages