Peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 20 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirmiş-ehtiyatda olan mayor Aslanov Rəşad Sahib oğlunun mart ayının 19 - da dünyaya göz acdığı gündür.
Belə bir əlamətdar gün münasibətilə- ehtiyatda olan mayor Aslanov Rəşad Sahib oğlunu Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəşad qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Aslanov Rəşad Sahib oğlu 19 mart 1978 -ci ildə Xacmaz rayonda zəhmətkeş bir ailədə anadan olub.
1993-ci ildə Xacmaz şəhər Mehman Babayev adına 1 npmrəli tam orta məktəbin 9- cu sinifini, 1997 -ci ildə Quba şəhər Dövlət Sosial- İqsadi kolleci (Avtonəqliyat fakültəsini), 2008 -ci ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların orta ixtisas məktəbini bitirib.
Aslanov Rəşad Sahib oğlu 1997- 1998 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1998-2008- ci illərdə DİN-in Daxili Qoşunların hərbi hissələrində və hərbi məktəbində gizir və müdavim, 2008-2023-cü illərdə isə taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, avtomobil və zirehli texnika xidmət rəisi, kəşfiyyat xidmətində zabit və qərargah rəisinin xidmət üzrə köməkcisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Rəşad Aslanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq ixtisasartırma və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib
Aslanov Rəşad Sahib oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda hallar , habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Naziri, Daxili Qoşunlar Komandanı, onun müavinləri, məktəb rəisi və hərbi hissə komandiri tərəfindən əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Mayor Rəşad Aslanov döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001), 90 illiyi (1918-2008) və 95 illiyi (1918-2013)” yubiley medalları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞAD !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder