Həmkarlarmızdan biri olan, peşəkarlığı,işgüzarlığı, iradı, humanistliyi, sadəliyi və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün 18 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Respublikasının müharibə veteranı- ıstefada olan mayor Cənıyev Qurbanxan Xanış oğlu 2025 -ci illin mart ayının 10-da 64 yaşında vəfat edib. Salyan rayonun Xələc kəndində torpağa tapşırılıb.
Qeyd edək ki,Azərbaycan Respublikasının müharibə veteranı olmuş, istefada olan Mayor Qurbanxan Canıyev 1960 - ci ildə uyul ayının 3-də Azərbaycan Respublikasının Salyan rayonun Xələc kəndində zəhmətkeş bir ailədə anadan olub.
1977 -ci ildə Salyan rayon təhsil İdarəsi üzrə Xələc kənd orta məktəbi, 1982 - ci ildə Azərbaycan Politexnik İnstitutunu ,1997 - cı ildə ildə isə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu bitrmişdir.O, Daxili Qoşunlarda xidmət etdiyim ilər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə kecirlən bir çox metodiki -təlim toplanışlarında, müvafiq kurslarda, hərbı və xüsusi -taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak etmişdir.
1982-1992 - ci illərdə Sovet Ordusunun Samara Vilayətində yerləşən hissələrin birində taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri, 1992-2000 - ci illərdə isə DİN-in Daxili Qoşunların Bas İdarəsinin Binəqədi, Nərmanov, Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrində böluk komandiri, tabor qərargahının rəisi, alayın qərargah rəisinin müavini vəzifələrində Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Mayor Qurbanxan Canıyev 2002 -ci ildən etibarən uzun müddət Peşə Təhsili üzrə Dövlət Agentliyin Abşoron və Ceyranbatan peşə litseyində müəllim işləmişdir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar zamanı hüquqi rejimin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi və müəllim yoldaşları Qurbanxan Cənıyevi vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanmışdır.
Mayor Qurbanxan Cənıyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qurbanxan Cənıyev Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş dir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Müdafiə Nazirinin,Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, Müdafiə Nazirliyinin təlim - tədris mərkəzi rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, dəfələrlə fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırılmış,
ona təşəkkür elan edilib və aşağısakı medallarla təltif olunmuşdur:
1."SSRİ Silahlı Qüvvələrinin 70 - illiyi (1918-1988)” yubiley medalı ilə;
2.“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə " 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Daxili Qoşunlar Komandanlığı, Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri mayor Qurbanxan Cənıyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə ailəsinə başsağlığı verirlər.
Allah rəhmət eləsin məkanı cənnət olsun!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder