Daxili İşlər Nazirliyi (DİN-in) Daxıli Qoşunların həyatında öz dəst xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti,sadəliyi,səmimiyyəti, dəqiqliyi,təmkinliyi,qeyrəti,xeyirxahlığı,vətənpərvərliyi,insanpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürünün ən məhsuldar dövrünün 21 ildən çoxnu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının müharibə veteranı, istefada olan mayor Əliyev Həsən Əli oğlunun mart ayının 25- də ad günüdür! Daha doğrusu yubileyidir.! Anadan olmasının 55 illik yubiley!...
Daimi həyatın bütün cətinlikıərindən alını açıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının müharibə veteranı,istefada olan mayor Əliyev Həsən Əli oğlunu doğum (55 illik ) yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin zabitlər birliyinin üzvləri, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Həsən qoy yaşının üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının müharibə veteranı istefada olan mayor Əliyev Həsən Əli oğlu 1970- ci ildə mart ayının 25-də Naxçıvan Muxtar Respublikasının ən səfalı rayonlarında biri olan Şahbuz rayonunun Badamlı qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.
1987 -ci ildə Naxçıvan Müxtar Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsində orta məktəbi, 1990- cu ildə SSRİ Müdafiə Nazirliyinin Almaniyada yerləşən gizirlər məktəbini ( tank komandiri ixtisası üzrə), 1998 - ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu (bölük komandiri ixtisası üzrə) bitirib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki -təlim toplanışlarda ,hərbi və xüsusi taktiki təlimlərdə, komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1988- 1990 ci illərdə Sovet ordusunun Almaniyada yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.1990-cu illdən 1992 -ci ilin iyul ayına kimi Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrin birində tank komandiri və bölüyün baş cavuşu vəzifəsində işləyib.
Həsən Əliyev 1992 -ci ilin avqust ayından 2009 - cu ilin iyul ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Xaçmaz, (Yalama qəsəbəsində), Quba, Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində, AİS xidməti üzrə texnik, taqım komandiri, əlahiddə xüsusi təyinatlı taqım komandiri, bölük komandiri, alayın fiziki hazırlıq və idman rəisi, alayın kimya xidməti rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Həsən Əliyev DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinin yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə bir çox- hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döy növbəsində üş xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
“Qüsursuz xidmətə görə” 1-ci , 2-ci və 3-cü dərəcəli medallar ilə;
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” 10-illiyi (1991-2001) və 90 illiyi (1918-2008)” yubileyi medallarl ilə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN HƏSƏN!
100 YAŞA, SAĞLAM YAŞA!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder